Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Bu qurumlarla bağlı Baş Prokurorluğa müraciət edildi –

Orkhan Ali 22 Aprel 2025 - 15:09 (Last updated: 21 May 2025 - 20:15)
Dənizkənarı Bulvar İdarəsi

Dənizkənarı Bulvar İdarəsi

Ötən həftə Hesablama Palatasının bəzi dövlət qurumlarında aşkar etdiyi qanun pozuntuları ilə bağlı materialların Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) təqdim edildiyi barədə məlumat yayılıb. Həmin vaxt hansı qurumlarla bağlı müraciət edilməsi barədə açıqlama verilməyib.

AzPost Modern.az-a istinadən məsələni aydınlaşdırmaq üçün Hesablama Palatasına sorğu göndərib.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, ötən hesabat ilində ümumilikdə 8 nəzarət tədbiri nəticəsində ciddi pozuntular aşkarlanıb və bu barədə müvafiq qurumlara məlumat verilib.

Məlumata görə, Baş Prokurorluğa göndərilən materiallar sırasında aşağıdakı qurumlar yer alıb:

– Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi
– Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və ona bağlı qurumlar
– Naxçıvan MR Televiziya və Radio Verilişləri QSC
– Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi
– Dənizkənarı Bulvar İdarəsi və tabeliyində olan qurumlar

DTX-yə isə iki auditin nəticələri təqdim olunub. Bunlar Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumlar, eləcə də Naxçıvanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində aparılmış nəzarət tədbirləridir.

Palatanın məlumatına görə, bu auditlər zamanı dövlət vəsaiti və əmlakından istifadə ilə bağlı ciddi uyğunsuzluqlar müəyyən olunub.

Hesabatın tərtib olunduğu tarixə qədər prokurorluq orqanlarının müdaxiləsi nəticəsində ümumilikdə 7,4 milyon manat vəsaitin dövlət büdcəsinə qaytarılması təmin edilib. Bunun 3,9 milyon manatı 2024-cü ildə göndərilmiş materiallar, 3,5 milyon manatı isə əvvəlki illərin nəzarət tədbirləri ilə bağlıdır.

Qeyd edək ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxs tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə olunmasının hüquqi aktlara uyğunluğunun auditi üzrə əmlak üzərinə həbs qoyulub.

Post navigation

Previous: Məhkəmə “Azərbaycan Dəmir Yolları” QSC ilə bağlı 44 işə baxacaq
Next: İşçi hüquqlarını qorumalı olan AHİK əməkdaşlarnı niyə artıq işlədir?

Oxşar xəbərlər

ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58
mirsake
  • Baş Yazı

Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

User 27 Oktyabr 2026 - 13:14
ilham medeniyet
  • Baş Yazı

İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir – CANLI

User 27 Oktyabr 2026 - 10:00

xƏBƏR

ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58
Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan...
Read more about Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN
Prezident və Birinci xanım Fərhad Xəlilovun yubiley sərgisində iştirak edib ilham sergi01
  • Mədəniyyət

Prezident və Birinci xanım Fərhad Xəlilovun yubiley sərgisində iştirak edib

User 27 Oktyabr 2026 - 16:55
AMEA Pezeşkianı Azərbaycan dilində təhsili təmin etməyə çağırıb AMEA
  • Sosial

AMEA Pezeşkianı Azərbaycan dilində təhsili təmin etməyə çağırıb

User 27 Oktyabr 2026 - 16:48
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib veyseloqlu foto
  • Sosial

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib

User 27 Oktyabr 2026 - 16:44
Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb Bıçaq
  • Kriminal

Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb

User 27 Oktyabr 2026 - 14:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.