Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Gənc deputatların “şəkil həvəsi”… –

Orkhan Ali 23 Aprel 2025 - 23:07 (Last updated: 21 May 2025 - 20:15)
Deputatlar

Deputatlar

Adətən insanlar, xüsusən də gənclər yeni əyləncə yerlərinə, səyahətə, təbiət qoynuna, toya, idman yarışına və s. gedəndə, oradan müxtəlif fotolar çəkib paylaşırlar. Bu, çoxdan dəb halını alıb və çoxlarının sevincək olmasından, bir növ dost-tanışa “acıq verib”, qürrələnib “baxın hardayam” demək istəyindən irəli gəlir. Kənardan baxanlardan isə kimisi bunu adi, normal hal, kimisə də “görməmişlik” kimi qəbul edir…

Belə görünür ki, Milli Məclisdəki bəzi gənc deputatlarımız eyni “dəbi” parlamentə də daşıyıblar. Aşağıda təqdim etdiyimiz və təsadüfən qarşımıza çıxan fotolar Milli Məclisin ən gənc deputatlarından olan Mircəlil Qasımlının “feysbuk” səhifəsindən götürülüb.

Parlamentdə Kəlbəcəri təmsil edən M.Qasımlı 1992-ci ildə Bakıda anadan olub. Tərcümeyi-halında yazılır ki, əmək fəaliyyətinə 2010-cu ildə(18 yaşında!) magistral avtomobil yollarının “İntellektual İdarəetmə Sistemi” mərkəzində kommersiya direktoru kimi başlayıb. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Slovakiya universitetlərinin birində magistr təhsili aldığı qeyd edilir. İdmançıdır. Deputat edilməzdən əvvəl son vəzifəsi “Bakı Məişət Maşınları” ASC-nin sədri olub.

Təbii ki, rəsmi məlumatlarda Qasımlının gənc yaşında ASC sədri və sonra da deputat olmasının “uğur hekayəsi” barədə bir şey deyilmir. Ancaq mətbuatın yazdığına görə, əslən Kəlbəcərdən olan C.Qasımlı Slovakiyadakı fəxri konsul Cəlal Qasımovun qardaşı oğludur. Gənc deputatın magistr təhsilini Slovakliyada alması da bu səbəbdən yəqin ki, təsadüfi deyil…

Mətbuatda yayılan digər məlumat isə ondan ibarətdir ki, C.Qasımlı “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudovun kürəkənidir. Yeri gəlmişkən, 2015-ci ildə Binəqədi rayonu ərazisində bu şirkətin tikdiyi binanın üzlüyü yanmış və nəticədə 15 nəfər həlak olmuş, xeyli sayda insan yaralanmışdı. Bu işlə bağlı 8 il azadlıqdan məhrum edilən M.Mahmudov 4 il sonra azadlığa buraxılmışdı…

Bütün bunlar C.Qasımlının deputatlığa doğru keçdiyi “keşməkeşli siyasi yol” barədə müəyyən təsəvvür yaradırsa, onun öz sosial şəbəkə səhifəsində “poz verərək” paylaşdığı foto və videolar da deputatlıq fəaliyyətinin nədən ibarət olduğu barədə fikir formalaşdırır. Yeri gəlmişkən, fotolarında C.Qasımlı digər gənc həmkarı, Şabrandan deputat edilən Mahir Süleymanlı ilə birgə “poz verib”. M.Süleymanlı da “çox ağır və mürəkkəb siyasi yol” keçərək, “vərəsəlik üsulu” ilə atası, keçmiş deputat T.Süleymanlının parlamentdəki kreslosunu tutub və bu gənc deputat da ədalı video və fotolar paylaşmağın həvəskarıdır…

C.Qasımlının deputatlıq fəaliyyətyinə gəlincə, onun digər əksər həmkarlarından nə artıq, nə də əskik olduğunu deyə bilərik. Sadəcə, özünün paylaşdığı son videoların birində Qəbələdəki Kəlbəcərdən köçkün düşmüş seçicilərlə görüşü əks olunub ki, orada da təxminən 17 nəfər iştirak edib. Deputatın özü həmin videoda onunla görüşə olduqca az seçicinin gəlməsindən gileylənir. Amma millət vəkilinin kimdən kimə şikayət etdiyi bilinmir. Hər halda, kəlbəcərlilər deputatlarından az yox, çox şey gözləsəydilər, görüşə də az yox, çox sayda qatılardılar…

Təbii ki, Azərbaycan reallıqları nəzəə alınmaqla, belə “arxalı” gənclərin parlament üzvü olmasında qeyri-adi heç nə yoxdur. Lakin hər şeyə rəğmən, məntiqlə parlamentin fotosessiya yeri yox, ciddi qanunların qəbul edildiyi, ölkənin, xalqının taleyinə təsir edən qərarların qəbul olunduğu yer olması lazımdır.

Bir də maraqlıdır ki, bu gənclərin bahalı kostyumları, saatları, “bərkgedən maşınları”, villaları, lyuks həyatları və bir də təbii ki, ciblərindəki deputat mandatlarından başqa nələri var, hansı işin, əməlin sahibidirlər, deputat kimi qanunverici orqana, yaxud seçicilərinə hansı xeyrləri dəyib? Bu adamlar Azərbaycan parlamentinin, ümumilikdə ölkənin ictimai-siyasi həyatının, gələcəyinin formalaşması üçün nə edir, nə edəcək və ümumiyyətlə, nəsə etmək iqtidarındadırlarmı?

Bu sualları uzatdıqca uzatmaq olar. Amma hər halda, deputat mandatı, millət vəkili kürsüsü, kreslosu ədalanmaq, forslanmaq, “fotosessiya keçirmək” üçün deyil. Zatən bu cür gənc millət vəkillərindən ciddi nəsə gözləməyin yəqin ki, yeri yoxdur, amma heç olmasa, təməli Azərbaycan Cümhuriyyəti dövründə min əziyyətlə qoyulmuş qanunverici orqanı qeyri-ciddi məkana, az qala şadlıq saraylarının foyesinə döndərməsinlər… (Azpolitika.info)

Post navigation

Previous: Sabah qaz olmayacaq
Next: Roma Papasının Azərbaycanda yadda qalan izi 

Oxşar xəbərlər

ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58
mirsake
  • Baş Yazı

Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

User 27 Oktyabr 2026 - 13:14
ilham medeniyet
  • Baş Yazı

İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir – CANLI

User 27 Oktyabr 2026 - 10:00

xƏBƏR

ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58
Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan...
Read more about Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN
Prezident və Birinci xanım Fərhad Xəlilovun yubiley sərgisində iştirak edib ilham sergi01
  • Mədəniyyət

Prezident və Birinci xanım Fərhad Xəlilovun yubiley sərgisində iştirak edib

User 27 Oktyabr 2026 - 16:55
AMEA Pezeşkianı Azərbaycan dilində təhsili təmin etməyə çağırıb AMEA
  • Sosial

AMEA Pezeşkianı Azərbaycan dilində təhsili təmin etməyə çağırıb

User 27 Oktyabr 2026 - 16:48
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib veyseloqlu foto
  • Sosial

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib

User 27 Oktyabr 2026 - 16:44
Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb Bıçaq
  • Kriminal

Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb

User 27 Oktyabr 2026 - 14:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.