İsrailin Qəzzanın şimalına endirdiyi zərbələr nəticəsində azı 19 nəfər öldürülüb.
APA xəbər verir ki, bu barədə Qətərin “əl-Cəzira” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail ordusu bu gecə Qəzza və Beyt Lahia şəhərlərində yaşayış binalarına zərbələr endirib.
Hücum nəticəsində 15 nəfər yaralanıb, itkin düşənlər də var.