“RabitəBank” keşbək faizlərini kəskin azaltdı

RabitəBank
RabitəBank

“RabitəBank” ASC “Kartmane debet”, “Kartmane taksit” və premium kart sahiblərinə təqdim etdiyi kebək faizlərini aşağı salır. “PostMedia” xəbər verir ki, bu barədə Bankın müştərilərinə göndərdiyi məlumatda qeyd edilir.

Yeni qaydalara görə, “Kartmane taksit” kartı istifadəçiləri daha yanacaqdoldurma məntəqələrindən 10%-lik keşbək ala bilməyəcəklər.

Bu imtiyaz 2 dəfə azaldılaraq 5%-ə salınıb. Eyni zamanda bu kartlarla market və restoranlarda ödəniş edənlər 5% deyil 3% keşbək qazanacaqlar.

Bankın debet kart istifadəçiləri isə YDM-lərdə əvvəlki kimi 3% deyil 2% keşbək əldə edəcəklər.

Həmçinin marketlərdə alış-veriş zamanı ödəyəcəkləri vəsaitin 2%-i yox 1,5%-i geri qayıdacaq.

Digər ödənişlərdə də bu göstərici 1,5%-dən 1%-ə salınıb. Qeyd edək ki, yeni qaydalar mayın 12-də qüvvəyə minəcək.

Xatırladaq ki, “RabitəBank” ASC bu ilin ilk rübünü 4,7 milyon manat xalis mənfəətlə başa vurub. Bu maliyyə institutunun Müşahidə Şurasının sədri Zakir Nuriyev həm də “Azərbaycan Banklar Assosiasiyası”nın Prezidentidir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.