700-yə yaxın əcnəbi Azərbaycandan çıxarılıb

Miqrant
Miqrant

Cari ilin ilk 4 ayı ərzində Rusiya Federasiyası da daxil olmaqla 179 ölkənin vətəndaşı tərəfindən Azərbaycan ərazisinə 735 969 giriş qeydə alınıb. Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Müvəqqəti yaşama və olma icazələri ilə bağlı qərarlar

Bildirilib ki, həmin dövr ərzində Rusiya Federasiyası da daxil olmaqla 127 ölkə vətəndaşının müvəqqəti olma müddətinin uzadılması və müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı 21 888 qərar qəbul edilib.

Miqrasiya qanunvericiliyinin pozulmasına qarşı tədbirlər

“Eyni zamanda, cari ilin ilk 4 ayı ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən Rusiya Federasiyası daxil olmaqla 109 ölkənin vətəndaşı barədə ümumilikdə 6228 inzibati qərar qəbul edilib. Onlardan 668 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb”, – məlumatda qeyd edilib.

Rusiya vətəndaşları üçün yeni viza və qalma qaydaları

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2024-cü il tarixli 561 nömrəli qərarına əsasən, 1 yanvar 2025-ci ildən viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.