Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qadağadan sonra Azərbaycanda qohum evlilikləri sürətlənib

User 21 May 2025 - 13:08 (Last updated: 21 May 2025 - 20:30)
nikah muqavile

“Azərbaycanda qohum evliliklərini qadağan edən qanun qəbul ediləndən sonra qohum evliliyi edən şəxslər bunu sürətləndirib”.

AzPost APA -ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatı”nın müzakirəsində Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

Şöbə müdiri qeyd edib ki, bu kimi faktlar insanların heç də hamısının bu dəyişikliyə hazır olmadığını göstərir: “Qeyri-rəsmi nikah hallarının olması faktları da var. Bu faktlar məişət zorakılığı zəminində cinayət hadisəsi törədiləndə yayılır. Ötən gün Sabirabadda gənc qızın qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən öldürülüb Kür çayına atılması ilə bağlı dəhşətli fakt oldu. O qız 15 yaşından qeyri-rəsmi nikahda yaşayıb, 16 yaşında isə həyata vida etdi. Çox təəssüfedici haldır ki, valideynlər deyirlər ki, ailədə hər şey baş verə bilər. Lakin əsas məqama toxunmurlar ki, qanuna 1 ilə yaxındır ki, belə bir dəyişiklik olunub, amma 15 yaşında qız qeyri-rəsmi nikahda olub. Şüurda inqilab məsələsi deyilən anlayış var. Düşünürəm ki, bizim mental dəyərlərimizdə problem var”.

Şöbə müdiri təklif edib ki, qohum evliliklərinin qadağan olunması haqqında qanun iyulun 1-də qüvvəyə minəndən sonra intensiv monitorinqlərin həyata keçirilməsi üçün yeni mexanizmləri tətbiq edilsin: “Yeni monitorinqlərin nəticələri gələn ilin hesabatında yer almalıdır. Biz nəticəyə baxaq ki, Milli Məclisin əziyyəti heçəmi gedəcək, yoxsa qohum evliliklərində azalma olacaq? Əgər azalma tendensiyası olmasa, biz növbəti dəfə Cinayət Məcəlləsində daha sərt sanksiyaların qəbulu məsələsinə baxmalıyıq. Başa düşürəm ki, Cinayət Məcəlləsi liberallaşdırılması bizim dövlət siyasətidir. Amma qanuna dəyişikliklər statistikada effekt verməyəcəksə, Cinayət Məcəlləsində daha ağır sanksiyaların qəbulu məsələsinə baxmalıyıq”.

Qeyd edək ki, yaxın qohumlar arasında evliliyi qadağan edən qanun qəbul edilsə də, 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

AzPost.az

Post navigation

Previous: Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə öldü
Next: Dövlət başçısı: Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.