“Rusiyanı heyrətamiz şəkildə G8-dən çıxardılar” –Tramp

Tramp
Tramp

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Rusiyanın “Böyük Səkkizliy”də (G8) üzvlüyünün saxlanılması Ukraynada hərbi münaqişənin başlanmasının qarşısını ala bilərdi.

APA xəbər verir ki, ameriaklı lider bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu formatda – Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya və Rusiya ilə birgə əməkdaşlıq böyük fayda verə bilərdi.

“Əvvəllər G8 formatı var idi, sonra heyrətamiz şəkildə Rusiyanı oradan çıxardılar. Əgər Rusiya həmin qrupda qalsaydı, indi vəziyyət çox fərqli ola bilərdi”, – deyə Tramp qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.