Qəzza zolağında xəstəxanaların ən azı 94%-i İsraillə münaqişə nəticəsində dağıdılıb və ya zədələnib.
APA xəbər verir ki, bu barədə mayın 22-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Beləliklə, hazırda Qəzzadakı 36 xəstəxanadan yalnız 19-u fəaliyyət göstərir və xəstələrə qulluq göstərmək iqtidarındadır.
“19 xəstəxanadan 12-si müxtəlif tibbi xidmətlər göstərir, qalanları isə yalnız əsas təcili yardım göstərə bilir. Qəzza zolağındakı bütün xəstəxanaların ən azı 94%-i zədələnib və ya dağıdılıb”, – məlumatda deyilir.