Əl-Cəzirə telekanalı İsrail qüvvələrinin Qəzza şəhərində məktəbə hücumu nəticəsində azı 25 nəfərin öldürüldüyünü bildirib.
AzPost xəbər verir ki, telekanalın dəqiqləşdirdiyi kimi, qaçqınlar məktəb binasında yerləşdirilib.
“Bu səhər hücumda azı 25 fələstinli həlak olub. “İsrail hərbçiləri qaçqınların qaldığı məktəbə zərbə endiriblər”, – telekanal qeyd edib.
Nəşrin müxbirinin məlumatına görə, öldürülənlər arasında altı uşaq da var.