Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Ətçəkən qalmaqalı: Müştəri Baku Electronics servisindən narazıdır

Orkhan Ali 27 May 2025 - 10:15 (Last updated: 27 May 2025 - 10:08)
Baku electronics

Baku electronics

Əhmədli sakini Mehman Nəsirov “Baku Electronics”in servis xidmətindən narazılığını bildirib.

AzPost xəbər verir ki, onun sözlərinə görə, Tefal markalı ətçəkən cihazı təmir üçün servizə təhvil verib və ona diaqnoz olaraq dişli çarxın xarab olduğu deyilib. Cihaz 29 manatlıq təmir olunduqdan sonra aprelin 25-də təhvil alınıb. Lakin müştərinin bildirdiyinə görə, cihaz istifadəyə verilən gün düzgün işləməyib, səslər çıxarıb və sonda tüstülənib.

Mehman Nəsirov məsələ ilə bağlı yenidən servis mərkəzinə müraciət etdiyini, lakin orada xoş qarşılanmadığını deyir. Onun sözlərinə görə, servis əməkdaşları məsuliyyəti üzərindən atmağa çalışıblar. Müştəri belə hallar səbəbindən servis xidmətlərinə etibarın azaldığını bildirir.

“Baku Electronics” isə məsələyə rəsmi cavab verib. Onlar müştərinin yaşadığı narahatlıqdan təəssüf hissi keçirdiklərini bildirərək, araşdırma üçün əlavə məlumatların təqdim olunmasını istəyiblər. Şirkət, müvafiq məlumatlar daxil olduqdan sonra məsələ ilə bağlı araşdırma aparılacağını və nəticə barədə məlumat veriləcəyini bildirib.

Sosial şəbəkələrdə digər vətəndaşlar da məsələyə münasibət bildiriblər. Onların fikrincə, Azərbaycanda servis xidmətləri əlavə gəlir mənbəyi kimi istifadə olunur və məhsula sahib çıxmaqdan yayınırlar. Vətəndaşlardan biri xaricdə yaşadığı müsbət təcrübəni bölüşərək, eyni problemi xarici şirkətlərin müştəri məmnuniyyətini əsas tutaraq həll etdiklərini qeyd edib.

Məsələ ictimai müzakirəyə səbəb olub və bir daha müştəri hüquqlarının müdafiəsinin vacibliyini gündəmə gətirib.

AzPost.az

Post navigation

Previous: Bu nömrələrdən gələn zəngləri açmayın
Next: “İctimai nəzarət” adı altında mağaza müdirlərini soydular

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. Ölkə.az xəbər verir ki,...
Read more about Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub WhatsApp Image 2026-11-15 at 15.34.24 (1)
  • Mədəniyyət

Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

User 15 Noyabr 2026 - 16:42
Söyüdlü kəndinin boşaldılacağı iddiasına rəsmi cavab – Dezinformasiya yayıldı media aciqlama soyud
  • Media

Söyüdlü kəndinin boşaldılacağı iddiasına rəsmi cavab – Dezinformasiya yayıldı

User 15 Noyabr 2026 - 16:26
Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu? oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.