Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Araz Musayevin bıçaqlanma anı

Orkhan Ali 29 May 2025 - 12:48 (Last updated: 29 May 2025 - 12:48)
Araz

Araz

Antalyada keçirilən IFMA versiyası üzrə dünya çempionatı zamanı Azərbaycan Muay-Tay Federasiyasının prezidenti Araz Musayevə qarşı silahlı hücum təşkil olunub. Musayev kürək nahiyəsindən bıçaqlanaraq ağır yaralanıb. Konkret.az xəbər verir ki, Azərbaycanı yarışda 14 idmançı təmsil edir və nümayəndə heyətinə şəxsən Araz Musayev rəhbərlik edir. Yarışın əvvəlində Azərbaycan millisinin bir idmançısı yarımfinala yüksəlib. Lakin gün ərzində Musayev ilə türkiyəli idmançı arasında gərginlik yaşanıb. Hadisəyə dərhal turnir təşkilatçıları müdaxilə edib və insident qısa zamanda nəzarət altına alınıb.

Bununla belə, günorta yeməyi fasiləsi zamanı Musayevlə Türkiyə nümayəndə heyətinin rəhbəri arasında yeni mübahisə baş verib. Tərəflər idman kompleksi ərazisini tərk etdikdən sonra mübahisə fiziki qarşıdurmaya çevrilib. Nəticədə Araz Musayev bıçaqlanaraq xəstəxanaya yerləşdirilib və üzərində təcili əməliyyat aparılıb. Onun vəziyyəti hazırda stabil ağır olaraq qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparan türk polisi dörd nəfərlik hücumçu qrupun əvvəlcədən planlaşdırılmış şəkildə, qəsdən adam öldürmək məqsədilə Türkiyəyə gəldiyini müəyyən edib. Onların ölkəyə giriş tarixləri, icarəyə götürdükləri nəqliyyat vasitələri və digər detallarla bağlı istintaq davam edir.

Polisin təxirəsalınmaz əməliyyatları nəticəsində həmin şəxslərdən ikisi – Azərbaycan vətəndaşları – Antalya hava limanında saxlanılıb. Üçüncü şübhəli Rusiyaya qaçmağı bacarıb, dördüncü şəxsin isə axtarışı davam edir. Məlum olub ki, Musayevi bıçaqlayan şəxslərdən ikisi hadisə yerindən taksi ilə uzaqlaşıblar.

Hadisə Azərbaycan və beynəlxalq idman ictimaiyyətində dərin narahatlıq doğurub və araşdırmalar davam etdirilir.

AzPost.az

Post navigation

Previous: Elgün İbrahimovun ölüm səbəbi AÇIQLANDI
Next: Türkiyə Azərbaycanda hansı sahələrə investisiya qoyub?

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.