Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Nova Kredit illik zərərini yeddi dəfə artırıb

Orkhan Ali 02 İyun 2025 - 19:42 (Last updated: 02 İyun 2025 - 17:56)
Nova Kredit

Nova Kredit

“Nova Kredit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2024-cü ili ciddi maliyyə itkisi ilə başa vurub.

AzPost xəbər verir ki, audit hesabatına əsasən, ötən il BOKT-un zərəri yetmiş iki min manata çatıb. Bu, 2023-cü ildəki on min manatlıq zərərlə müqayisədə yeddi dəfədən çox artım deməkdir.

Beləliklə, təşkilatın yığılmış ümumi zərəri səksən iki min manata yüksəlib. Həmin dövrdə cəmi bir min manat məbləğində faiz gəliri əldə edilib. Kreditlər üzrə ehtiyat ayrılmadığından xalis faiz gəliri də eyni məbləğdə qalıb. Komissiya və xidmət haqlarından əldə olunan gəlirlər isə otuz yeddi min manata yaxın olub.

Əsas xərclər sırasında inzibati və digər əməliyyat xərcləri ön plandadır – bu istiqamətdə yüz yeddi min manat vəsait sərf olunub. Komissiya xərcləri isə bir min manatı bir qədər ötüb. Beləliklə, vergidən əvvəlki yekun nəticə mənfi yetmiş iki min manat olaraq qeydə alınıb.

Məlumata görə, 2024-cü ilin sonunda “Nova Kredit”in ümumi aktivləri bir milyon səksən yeddi min manat olub. Bu, əvvəlki ilə nisbətən doqquz faizdən çox artımdır. Lakin kapital və ehtiyatların həcmi azalıb – 2023-cü ildə doqquz yüz doxsan min manat olan göstərici, 2024-cü ildə doqquz yüz on səkkiz min manata enib.

AzPost.az

Post navigation

Previous: Şimal və qərbdə güclü leysan, dolu və sulu qar
Next: Bruno Fernandeş gələcəyi ilə bağlı qərar verməyə hazırlaşır

Oxşar xəbərlər

avtomobil bazari
  • İqtisadiyyat

“İkinci əl” avtomobillərin satışı üçün yeni prosedur müəyyənləşir

User 18 Noyabr 2026 - 11:56
dollar qizil
  • İqtisadiyyat

Qızılın qiyməti düşdü – Azərbaycanda qiymətlər ucuzlaşacaq?

User 18 Noyabr 2026 - 10:39
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 18 Noyabr 2026 - 09:30

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.