Bruno Fernandeş gələcəyi ilə bağlı qərar verməyə hazırlaşır

Bruno Fernandeş
Bruno Fernandeş

“Mançester Yunayted”in kapitanı və əsas yarımmüdafiəçisi Bruno Fernandeş yaxın günlərdə klubdakı gələcəyi ilə bağlı yekun qərarını açıqlayacaq. AzPost xəbər verir ki, portuqaliyalı futbolçu qərarını iyunun yeddisinədək verəcəyini bildirib. Mənbənin məlumatına görə, Fernandeş ailəsinin rifahını və şəxsi həyat rahatlığını da nəzərə alaraq seçim edəcək.

Hazırda futbolçunun adı Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə hallanır. Həmin klubun nümayəndələri prosesi yaxından izləyir və Fernandeşi transfer etməyə ciddi maraq göstərir. Bununla belə, “Mançester Yunayted” hələ ki, oyunçuya görə rəsmi təklif almayıb.

İngiltərə klubu kapitanını satmaq istəmədiyini bəyan etsə də, “Əl-Hilal” transferin real olduğuna inanır. Fernandeşin razılığı bu məsələdə həlledici amil hesab olunur.

Qeyd edək ki, 29 yaşlı futbolçu ötən mövsüm “qırmızı şeytanlar”ın heyətində 57 oyunda iştirak edib, 17 qol vurub və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.