Əməkdar jurnalist vəfat etdi

İlyas Adıgözəlli
İlyas Adıgözəlli

Əməkdar jurnalist İlyas Adıgözəlli vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib. Bildirilib ki, İ.Adıgözəlli 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İlyas Xıdır oğlu Adıgözəlli  1938-ci ildə Gürcüstanın Borçalı (Marneuli) rayonunun Sadaxlı kəndində anadan olub. 1957-ci ildə Sadaxlı kənd orta məktəbini bitirib. Ali təhsilini isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin jurnalistika şöbəsində alıb.
1963–2007-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində işləyib. Bu illərdə “Araz” radiostansiyasında şöbə müdiri (1964), baş redaktorun müavini (1969), baş redaktor (1990), “Araz” proqramının baş direktoru (1993–1997-ci illərdə), radioda şərhçi (1997–2007-ci illərdə) vəzifələrində çalışın.
1992-ci ildə Azərbaycan Azərbaycan Respublikasının əməkdar jurnalisti fəxri adına layiq görülüb.
2007-ci ildən təqaüdə çıxsa da Azərbaycan Televiziya və Radio Verilişləri-Qapalı Səhmdar Cəmiyyətində müqavilə üzrə proqramlar hazırlayıb.
Bakı Avrasiya Universitetində və Bakı Slavyan Universitetində jurnalistika fakültəsi tələbələrinə dərs deyib.
İ.Adıgözəlli əməkdar jurnalist Fikrət Adıgözəllinin atasıdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.