Bakıdan İrəvana uçan təyyarədə kimlər olub?

Təyyarə
Təyyarə

2025-ci ilin ilk yarısında İrəvan-Bakı marşrutu üzrə iki dövlət reysi həyata keçirilib.

AzPost xəbər verir ki, bu barədə məlumat Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi tərəfindən açıqlanıb. Bildirilib ki, bir reys İrəvandan Bakıya, digəri isə əks istiqamətdə baş tutub. Hər iki uçuş zamanı təyyarələrdə yalnız xarici dövlətlərin rəsmiləri olub.

Nazirlikdən verilən açıqlamada qeyd edilib ki, 2020-ci ildən etibarən bu marşrut yalnız beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün nəzərdə tutulub və kommersiya reysləri həyata keçirilmir.

Məlumat üçün qeyd edək ki, İrəvan-Bakı-İrəvan hava marşrutu üzrə indiyədək ümumilikdə 68 dövlət reysi icra olunub. Rəsmi məlumatda uçuşların hansı ölkə rəsmilərini daşıdığı və ya səfərlərin məqsədi açıqlanmayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.