Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Azərbaycanda 64 məktəb bağlandı

Orkhan Ali 04 İyun 2025 - 15:45 (Last updated: 04 İyun 2025 - 15:40)
Məktəb

Məktəb

Azərbaycanda məktəblərin sayı azalmağa davam edir. 2024-2025-ci tədris ilinin əvvəlində ölkədə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin sayı 4324-ə düşüb.

AzPost xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən tədris ili ilə müqayisədə 64 məktəb bağlanıb. Belə ki, 2023-2024-cü tədris ilində məktəblərin sayı 4388 olub.

Əldə olunan məlumata görə, ən çox məktəb bağlanması Lerik (9 məktəb), Ağsu (8 məktəb) və Quba (7 məktəb) rayonlarında baş verib. Digər rayonlar üzrə Füzuli, Qax, Yardımlı və Ağdaş rayonlarında hərəyə 4, Şamaxı, Şəmkir və Balakən rayonlarında isə 3 məktəb bağlanıb. Bəzi bölgələrdə isə azalma 1-2 məktəb səviyyəsində olub.

Azalma əsasən ibtidai məktəblərdə qeydə alınıb. Rəsmi statistikaya görə, ötən il 292 ibtidai məktəb fəaliyyət göstərirdisə, bu il onların sayı 245-ə enib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən açıqlamada bildirilib ki, bağlanan məktəblər əsasən şagird sayı az, kadr çatışmazlığı olan və ya maddi-texniki bazası zəif olan təhsil ocaqlarıdır. Hazırda təhsil müəssisələrinin rasionallaşdırılması prosesi davam etdirilir.

Qurumdan qeyd olunub ki, bu addım mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, təhsil xərclərinin daha səmərəli bölüşdürülməsi və keyfiyyətli təhsil mühitinin formalaşdırılması məqsədi daşıyır. Rasionallaşdırma çərçivəsində bəzi məktəblərin tipi dəyişdirilir, peşə təmayüllü siniflər açılır, bəziləri isə digər məktəblərlə birləşdirilir.

AzPost.az

Post navigation

Previous: FTB ABŞ-a təhlükəli virus gətirən Çin vətəndaşını həbs edib
Next: 57 min manat aliment borcu yığan iki ata məhkəmə zalında həbs olundu

Oxşar xəbərlər

sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.