Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

iPhone-lar indi daha “ağıllı” olacaq

Orkhan Ali 10 İyun 2025 - 00:38 (Last updated: 09 İyun 2025 - 23:41)
iOS 26

iOS 26

Apple texnologiya dünyasında növbəti inqilaba imza atdı. AzPost xəbər verir ki, şirkət WWDC 2025 tədbirində iOS 26 və digər əməliyyat sistemlərinin ən son versiyalarını təqdim edib. Yeni sistemlər həm dizayn, həm də funksionallıq baxımından ciddi yeniliklərlə yadda qalıb.

Ən çox maraq doğuran yeniliklərdən biri Maye Şüşə adlı interfeys konsepti olub. Bu dizayn sayəsində iPhone və digər Apple cihazlarının ekran görünüşü daha şəffaf və dinamik effektlərlə zənginləşdirilib.

Bundan əlavə, iOS 26 süni intellekt inteqrasiyasını daha da genişləndirərək istifadəçi təcrübəsini fərqli səviyyəyə qaldırıb. Məlumata görə, yenilənmiş iMessage, Camera və Safari tətbiqlərinə AI əsaslı funksiyalar əlavə olunub.

Apple həmçinin macOS 26 “Tahoe” və iPadOS 26 versiyalarını da təqdim edib. Bu sistemlər iPhone-larda mövcud olan bir çox funksiyanı Mac və iPad istifadəçiləri üçün də əlçatan edib. Xüsusilə yeni süni intellekt köməkçiləri və real vaxt tövsiyə imkanları sistemlərin əsas üstünlüklərindən hesab olunur.

Smart saat istifadəçiləri də yeniliklərdən kənarda qalmayıb. watchOS 26 artıq məşq zamanı fərdi tövsiyələr verən virtual köməkçi ilə təchiz olunub. Qaçış, velosiped və güc məşqlərində aktiv istifadə ediləcək bu funksiya sağlam həyat tərzinə dəstək verməyə yönəlib.

Apple həmçinin qeyd edib ki, yeni süni intellekt texnologiyaları istifadəçilərin şəxsi məlumatlarına toxunmadan işləyəcək. iPhone və Mac cihazları məlumatları lokallaşdırılmış şəkildə emal edərək təhlükəsizliyi maksimum səviyyədə qoruyacaq.

Təqdim edilən yeniliklər Apple istifadəçiləri arasında böyük maraqla qarşılanıb və şirkətin texnologiya dünyasında növbəti yenilik dalğasına start verdiyi bildirilir.

AzPost.az

Post navigation

Previous: “Ukrayna ilə razılığa gəlməsək, region nəhəng Qarabağa çevriləcək”
Next: İsrail ordusu Xan Yunisdə 13 nəfəri öldürdü

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.