Macarıstanla oyunda oyunçularımdan razı qaldım –Santuş

Oyuna yaxşı başlamasaq da, bərabərlik qoluna imza atdıq. İkinci qola kimi matç balanslı şəkildə gedirdi.

Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Macarıstan ilə keçirdikləri yoldaşlıq oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, ikinci hissənin özləri üçün çətin keçdiyini bildirib: “Macarıstan millisinin çox yaxşı oyunçuları var. Topa nəzarət baxımından üstün idilər. Amma sonadək futbolçularım uğurlu nəticəyə inanırdı. Futbolda bəxt amili də önəmlidir. Latviya və Macarıstanla görüşlərdə oyunçularımdan razı qaldım”.

 

“Qarşıda bizi seçmə mərhələ oyunları gözləyir. Təlim-məşq toplanışında istədiyim nəticələri gördüm”deyə Fernandu Santuş mətbuat konfransında deyib.

O, komandada çatışmazlığın olduğunu bildirib: “Lakin bunun üzərində işləyirik. Çalışırıq ki, daha çox inkişaf edək. Əvvəlki ilə müqayisədə milli komanda yaxşı mübarizə apardı”

Qeyd edək ki, görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.