Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya
  • ÖZƏL

Alyaskada Cənubi Koreyaya məxsus döyüş təyyarəsi yanıb

Orkhan Ali 11 İyun 2025 - 10:09 (Last updated: 11 İyun 2025 - 15:19)
Qırıcı

Qırıcı

Cənubi Koreyaya məxsus döyüş təyyarəsi Alyaskada keçirilən beynəlxalq hərbi təlim zamanı yanıb. AzPost xəbər verir ki, insident “Qırmızı Bayraq – Alyaska” təlimləri çərçivəsində baş verib.

Koreya Hərbi Hava Qüvvələrinin KF-16 markalı iki nəfərlik qırıcısı Seul vaxtı ilə saat 09:02 radələrində havaya qalxmağa hazırlaşarkən qəfil yanğın başlayıb. Hadisə zamanı ekipaj təcili tullantı manevri yerinə yetirib.

Rəsmi məlumata görə, hər iki pilot ciddi xəsarət almasa da, təhlükəsizlik məqsədilə yaxınlıqdakı hərbi tibb müəssisəsinə aparılıb. Qırıcıya dəymiş ziyanın dəqiq miqyası hələlik açıqlanmır.

Cənubi Koreyanın Hərbi Hava Qüvvələri və ABŞ tərəfi hadisənin səbəblərini aydınlaşdırmaq üçün birgə araşdırma başladıb. İlkin versiyalara əsasən, texniki nasazlıq ehtimalı istisna edilmir.

Maraqlıdır ki, son aylarda Cənubi Koreyanın hərbi aviasiyası bir neçə oxşar hadisə ilə gündəmə gəlib. Aprel ayında ölkəyə məxsus başqa bir hücum təyyarəsi təlim uçuşu zamanı pulemyot podlarını və boş yanacaq çənlərini itirmişdi.

Bundan əvvəl isə martın 6-da keçirilən təlimlər zamanı iki döyüş təyyarəsi səhvən hərbi poliqondan kənarda yerləşən kəndə 8 hava bombası atmışdı. Xoşbəxtlikdən, o vaxt da insan itkisi olmayıb.

AzPost.az

Post navigation

Previous: DOST Agentliyindən 1 milyonluq tender
Next: Telefonla edilən “sosial sorğu” zənglərinin arxasında nə dayanır?

Oxşar xəbərlər

putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.