Ötən gün bank kartlarından nə qədər pul oğurlanıb?

Kartdan oğurlanan pulu qaytarmaq
Kartdan oğurlanan pulu qaytarmaq

Ötən gün vətəndaşların bank kartlarından 6 mindən çox məbləğində pul vəsaitləri kiber üsulla oğurlanıb.

Daxili İşlər Nazirliyindən (DİN)  verilən məlumata görə, oğurlanan pul vəsaitlərinə 2594, 1500, 820, 400, 306, 300, 104, 60, 48 manat və 89 avro daxildir.

Bildirilib ki, bu hallar, əsasən, naməlum nömrələrdən gələn zənglər, “sizin adınız, nömrəniz uduşa düşüb” kimi mesajlar, saxta saytlar və sosial platformalar vasitəsilə həyata keçirilir:

“Zərərə məruz qalmamaq üçün bank kartının CVV kodu (kartın arxa hissəsindəki 3 rəqəm), OTP – mobil telefonunuza gələn təsdiq şifrəsi, PIN kodunu paylaşmayın, verməyin. Bu məlumatları istəyəni bank işçisi kimi tanımayın, cinayətkardır. Daxili İşlər Nazirliyi vətəndaşları bir daha diqqətli olmağa, şübhəli hallarla rastlaşdıqda dərhal polis orqanlarına və banklara müraciət etməyə çağırır”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.