Tramp İran tərəfi ilə danışdığını bəyan edib"Bizimlə danışmaq istəyirlər"

Tramp
Tramp

ABŞ prezidenti Donald Tramp İran tərəfi ilə danışdığını bildirib.

AzPost bildirir ki, nun sözlərinə görə, Tehran Avropa ilə ünsiyyət qurmaq istəmir.

***

ABŞ prezidenti Donald Tramp İran tərəfi ilə danışdığını bildirib. O, həmsöhbətlərinin konkret adlarını çəkməyib. Amerika lideri Tehranın Avropa ilə ünsiyyət qurmaq istəmədiyini vurğulayıb.

“Onlar bizimlə danışmaq istəyirlər. Avropa bu işdə kömək edə bilməz”, – deyə cənab Tramp əlavə edib. O, tərəflər arasında barışığa dəstək verə biləcəyini də bildirib.

X sosial şəbəkəsində Fox News səhifəsində jurnalistlərlə söhbətdən bir fraqment dərc olunub.

 

Qeyd edək ki, İran bu gün Cenevrədə keçirilən danışıqlarda uranın zənginləşdirilməsinin tam dayandırılması təklifini rədd edib.

 

ABŞ prezidenti Donald Tramp İrana maksimum 2 həftə vaxt verib. Bundan sonra Tramp quru qoşunlarını yerləşdirməyə hazırdır.

Xəbər yenilənir…

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.