Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

CNN: Tehran strategiyanı dəyişdi

Orkhan Ali 21 İyun 2025 - 23:42 (Last updated: 21 İyun 2025 - 23:43)
Raket

Raket

İran Yaxın Şərqdə hərbi doktrinasını dəyişir: artıq kütləvi raket atışları əvəzinə, yüksək dəqiqlikli zərbələrə üstünlük verilir. AzPost xəbər verir ki, CNN telekanalı bu məlumatı İran hakimiyyət dairələrindəki mənbələrə istinadla yayıb.

İddiaya görə, Tehran İsrailə qarşı endirdiyi hücumların sayını məqsədli şəkildə azaldaraq, daha dəqiq və strateji nöqtələri hədəfə almağa yönəlir. Məqsəd isə israilli hərbçiləri sürətli və genişmiqyaslı cavab vermək imkanından məhrum etməkdir. CNN müxbiri qeyd edir ki, “İsrail bunu sevindirici hal kimi dəyərləndirsə də, əslində təhlükə daha mürəkkəb və hədəflidir”.

Tehranın bu taktiki dəyişiklik qərarı ilk dəfə deyil ki, diqqət çəkir. Son hücum zamanı İran raketlərindən biri Amerikanın qabaqcıl THAAD, Patriot, eləcə də İsrailin Arrow 2, Arrow 3, David’s Sling və məşhur Dəmir Günbəz sistemlərini aşaraq, hədəfi yüksək dəqiqliklə vurub.

CNN-in analizinə görə, bu yeni mərhələdə İran raketləri həm manevr imkanlarına, həm də müdafiə sistemlərini çaşdırmaq qabiliyyətinə malikdir. Beləliklə, İran əvvəlki “kəmiyyət üstünlüyü” modelindən çıxaraq, artıq “keyfiyyətli zərbə” strategiyasına keçid edir.

İsrail tərəfi isə bu dəyişiklikləri öz hava hücumundan müdafiə sistemlərinin uğuru kimi şərh edir. Onlar bildirirlər ki, zərbələrin azalması məhz İrana məxsus batareyalara endirilmiş zərbələrin nəticəsidir. Lakin İran rəsmiləri bunu tamamilə təkzib edir və qeyd edirlər ki, “raket sayı yox, hədəfin dəqiqliyi” indi əsas göstəricidir.

AzPost.az

Post navigation

Previous: Almaniyada kanslerə qarşı şok ittiham
Next: Azərbaycan gələn il İƏT-ə sədrliyi təhvil alacaq

Oxşar xəbərlər

putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.