“Növbə bizimdir, ABŞ gəmilərinə zərbə endirməliyik” –Xamneiyə yaxın "Keyhan" qəzeti

İranın ali dini lideri Xamneyiyə yaxın sayılan, “Keyhan” qəzeti ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə raket zərbələri endirməyə və əsas neft daşıma marşrutu olan Hörmüz boğazını bağlamağa çağırıb.

AzPost bildirir ki, mühafizəkar “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari yazıb: “Amerikanın Fordo nüvə obyektinə hücumundan sonra növbə bizimdir”.

“Keyhan” Şəriətmədaridən sitat gətirir: “Tərəddüd etmədən və gecikmədən ilk addımımız Bəhreyndə yerləşən Amerika donanmasına qarşı raket zərbələri endirmək və eyni zamanda Hörmüz boğazını Amerika, Britaniya, Almaniya və Fransa gəmiləri üçün bağlamaq olmalıdır”.

Qeyd edək ki, “Keyhan” qəzeti sərt mövqeyi ilə seçilir və tez-tez ali dini liderin fikir və mövqelərini əks etdirir. Bu nəşri Xamneyinin çevrəsindəki əhval-ruhiyyənin və mümkün siyasət istiqamətlərinin göstəricisi kimi qəbul edilir.

ABŞ-ın İranın nüvə obyektlərinə hücumuna Ali Rəhbər Xameneyi tərəfindən rəsmi reaksiya verilməyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.