Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

İrana zərbələrdən sonra Azərbaycanda radiasiya fonu artıb?

User 22 İyun 2025 - 14:00 (Last updated: 22 İyun 2025 - 14:13)
radiasi02

ABŞ-ın İranın nüvə obyektlərinə zərbəsindən sonra Azərbaycanda radiasiya fonunda artım olmayıb.

Bu barədə Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev deyib.

İslam Mustafayev bildirib ki, radiasiya baxımından Azərbaycan üçün heç bir təhlükə yoxdur: “Hadisələr Azərbaycandan 1000 kilometrə qədər məsafədə baş verir. Belə məsafələrdə nüvə obyektlərinin partlaması, hətta reaktor belə olsa, təsir göstərə bilməz. Həmin hadisə baş verən gün bizim ekspedisiya Zəngilan, İmişli, Biləsuvara qədər tədqiqatlar aparıb, bilmirdik ki, partlayış olacaq. Yoxlamalar nəticəsində heç bir radiasiya fonunun artması müşahidə olunmayıb. Hazırda bizim ekspedisiya həmin regionlardadır. Daimi işləyən, monitorinq aparan cihazlarımız var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin perimetr boyunca yerləşən avtomatik stansiyaları vasitəsilə məlumatlar Fövqəladə Hallar Nazirliyinə ötürülür. Ölkənin radiasiya fonu hərtərəfli müşahidə altındadır. Burada ən müxtəlif, dəqiq cihazlarla təchiz olunmuş briqadalar çalışır. Hazırda hələ ki, radiasiya fonunda artım yoxdur. Beynəlxalq Atom Enerjisi Agentliyinin də apardığı tədqiqatlara görə, bunun heç bir təsiri görünməyib. Eyni zamanda 1000 kilometr məsafəyə qədər də elə təsirlər milyon dəfə azalır. Ona görə də bu, Azərbaycana ciddi təsir edə bilməz. Müqayisə üçün,, Çernobıl şəhərindən 135 km məsafədə Kiyev yerləşir. Çernobılda Xarkov Elektik Stansiyası partlayanda Kiyevi nə köçürdülər, nə xüsusi bir rejim tətbiq etdilər. Yəni, heç bir ciddi təsir olmadı. Ona görə də hər kəsi əmin edirəm ki, hələlik bu səviyyədə ciddi təsir və təhlükə yoxdur. Amma hücum edən ölkənin planlarını bilmirik. Hər halda biz öz işimizi görməliyik”.

Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələri bu gün səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı Fordo, Natanz və İsfahandakı nüvə obyektləri hədəf alınıb. (APA)

AzPost.az

Post navigation

Previous: Tramp bombanı atdı, Xamneyi nə edəcək? –
Next: ABŞ bomba zərbələrindən sonra İrana hansı məlumatı verib? –

Oxşar xəbərlər

4d7fd4cb-d7b2-434c-b4ea-93924d3a0e7d
  • Aktual

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? – AÇIQLAMA

Orkhan Ali 18 Noyabr 2026 - 15:46
ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.