İran parlamenti ABŞ-nin nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Hörmüz boğazını bağlamaq qərarına gəlib.
Bu haqda “RİA Novosti” məlumat yayıb.
Qeyd olunur ki, bu məsələ ilə bağlı yekun qərarı Milli Təhlükəsizlik Şurası verməlidir.
Hörmüz boğazı Hind okeanına daxil olmaq üçün Fars körfəzini Oman körfəzi ilə birləşdirir. Bu maye qaz və neftin qlobal ticarəti üçün strateji əhəmiyyət kəsb edir.
Omanla İran arasında ən dar nöqtədə olan məsafə 54 km-dir.