İran MAQATE ilə əməkdaşlığı dayandırdı –"Özünü hərraca qoydu" /QƏRAR

İran parlamenti MAQATE ilə əməkdaşlığı dayandırmağa səs verib.

AzPost bildirir ki, İranın “Tasnim”, “Mehr” xəbər agentlikləri və “Press TV” kanalının məlumatına görə, təşkilatın əməkdaşları nüvə obyektlərinin təhlükəsizliyinə təminat verilməyincə İrana daxil ola bilməyəcəklər.

İran parlamentinin spikeri Mohammad Baqer Qalibaf deyib ki, MAQATE ABŞ-ın nüvə obyektlərinə hücumunu hətta uzaqdan qınamaqdan belə imtina edib və öz səlahiyyətlərini hərraca çıxarıb.

O əlavə edib ki, nüvə obyektlərinin təhlükəsizliyi təmin olunana qədər təşkilatla əməkdaşlığın dayandırılması planlaşdırılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.