Ayaz Salayev və Mehmet Güleryüz müqavilə imzalayıb

Türkiyənin SEF (Sinema Eseri Sahipleri Meslek Birliği) ilə Azərbaycan Kinorejissorlar Gildiyası arasında müəllif hüquqları ilə bağlı müqavilə imzalanıb. 

AzPost bildirir ki, bu barədə Azərbaycan Kinorejissorlar Gildiyası məlumat verib.

Müqaviləni Türkiyənin SEF qurumu prezidenti Mehmet Güleryüz  və Azərbaycan Kinorejissorlar Gildiyasının sədri Ayaz Salayev imzalayıb.

Müqavilədə kinomatoqrafik və audiovisual əsər müəlliflərinin hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən təşkilatları ilə qarşılıqlı təmsilçilik nəzərdə tutulur.

Sənəd müəllif hüquqlarının qorunması, təmin olunması və kino sənayesi üzrə əməkdaşlığının gücləndirilməsinə xidmət edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.