Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Narkomaniyaya qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı tədbir keçirilib

User 25 İyun 2025 - 15:45 (Last updated: 25 İyun 2025 - 16:09)
v01

Gənc Vətənpərvərlər İctimai  Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  “Gələcəyimizə Narkomaniya Girməsin”  adlı layihə çərçivəsində  Kaizen Təhsil Mərkəzində  “Bəşəriyyəti təhlükəli bəladan qoruyaq”  mövzusunda maarifləndirici semnar keçirilib.

Tədbir Azərbaycanın  Dövlət himi ilə başladı və Ulu Öndərin və  torpaqlarımızın  müdafiəsi uğrunda  həlak olmuş şəhidlərimizin  ruhunu bir dəqiqəlik skutla  yad edildi. Tədbiri giriş sözü ilə açan Gənc Vətənpərvərlər “İctimai Birliyin sədri, Müqamət Əliyev tədbir iştirakçılarını qarşıdan gələn 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Sonra bildirdi ki,“Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğullarının çiyinlərində yüksəlir.

Torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!”

Müqamət Süleyman oğlu Əliyev onuda qeyd edərək bildirdi ki, İctimaiyyətin diqqətini narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub. BMT-nin Narkotiklər və Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin  2024-cu il hesabatına əsasən narkotikdən istifadənin məhz yeniyetməlik dövrünə təsadüf etdiyi, eləcə də dünyada 35 milyondan artıq  insanın narkotik asılılığının olduğu və bundan daha çox 18-25 yaş arası gənclərin əziyyət çəkdiyi məlum olub.

Narkomaniyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin narkomaniya haqqında maarifləndirilməsi, yeniyetmələr və gənclər arasında təbliğat aparılması və sağlam həyat tərzinin  qorunmasıdır. M.Əliyev onuda qeyd etdi ki, müasir dövrümüzdə bütün dünyada kriminal biznesin əsas hissəsinə çevirilən narkomaniya qlobal ümumbəşəri bir poblemə çevirilmişdir. Milli –mənəvi, dəyərlərimizə zidd olan narkomaniya problemi hüquqi-demokratik dövlət quran Azərbaycan dövlətini ciddi narahat edir və poblemə dövlət səviyyəsində mübarizə aparılır. Bu sahədə narkomaniya və pis vərdişlərdən uzaq olmaq məqsədi ilə gənclər arasında maarifləndirmə tədbirlərin keçirilməsi vacibdir.

QHT sədri Gülnarə Vəlixanlı bildirdi ki, Ulu Öndər Heydər Əliyev – “biz narkomaniyanı, narkotik maddələrdən qanunsuz istifadə olunmasını, onların ölkəmizdə yayılmasını, cəmiyyətimizin, xalqımızın bu günü və gələcəyi üçün təhlükəli hal hesab edirik. Ona görə də bunlara qarşı mübarizə aparmağı dövlət orqanlarının əsas vəzifələrindən biri sayıram” demişdir. Müxtəlif dillərdə, müxtəlif xalqlar, millətlər arasında tərcüməsiz anlaşılan bu söz bəla, faciə, fəlakət və ölüm sözlərinin sinoniminə çevrilərək bu gün dünyanın hər yerində eyni dəhşətlə səslənir. Həkim narkoloq S. Həsənova  bildirdi ki, Narkomaniya  XXI əsrin bəlasına, ailələrin müsibətinə, xalqların faciəsinə, bəşəriyyətin fəlakətinə çevrilmiş acı və danılmaz reallıqdır.

Bu gün ölkə başcısı cənab İlham Əliyevin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək gərəkdir.

Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq- mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması, onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulub.

Tədbirdə çıxış edən natiqlər tərəfindən narkomaniya, onun doğurduğu fəsadlar, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar, mövcud problemlər və onların aradan qaldırılması yolları barədə ətraflı məlumat verilib. Sonra narkotilərin açı nəticələrindən bəhs edən Vidio- çarx nümayiş  olunmuş  suallar cavablandırılmışdr.

Layihə iştirakçıları əsasən yeniyetmə və gənclərdən ibarət olub. Tədbirdə, Kaizen Təhsil Mərkəzinin hazırlıq qrupunun  yeniyetmə və gəncləri,valideyinlər, müvafiq struktur rəhbərləri və QHT –n nümayəndələri iştirak ediblər.  Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

AzPost.az

Post navigation

Previous: Ayaz Salayev və Mehmet Güleryüz müqavilə imzalayıb
Next: Canlı efirdə halı pisləşən Xalq artistinin son durumu necədir?

Oxşar xəbərlər

nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
aile
  • Sosial

Bahalı hədiyyələr və romantik səyahətlər ailəni xilas etmir – Əsas məsələ başqadır

User 12 Noyabr 2026 - 20:57
dollar at
  • Sosial

Bir çamadan dolları pəncərədən həyətə atdılar – VİDEO

User 12 Noyabr 2026 - 19:08

xƏBƏR

azeri britani
  • Baş Yazı

Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı

User 12 Noyabr 2026 - 23:26
Azərbaycan Respublikası və Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev və...
Read more about Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı
Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü? nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb ilham yunan bas nazir
  • Siyasət

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

User 12 Noyabr 2026 - 22:49
İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var? britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.