Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

QHT-nin təşəbbüsü ilə “Yerli şirkətlərin tanıtım sərgisi”ndə iştirakı təmin edilib

User 14 İyul 2025 - 01:12 (Last updated: 14 İyul 2025 - 11:13)
dav02

“Davamlı İnkişafa Doğru” İctimai Birliyinin təşəbbüsü ilə 3 sahibkarlıq subyektinin 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə iştirakı təmin edilib.

“Davamlı İnkişafa Doğru” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf perspektivləri” adlı layihənin icrasına başlamışdır. Layihə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin sosial-iqtisadi inkişafı, bərpası və dayanıqlı gələcəyi ilə bağlı əhalinin, xüsusilə sahibkarlıq subyektlərinin maarifləndirilməsi və onların bilik və bacarıqlarının artırılmasına xidmət edir.

“Davamlı İnkişafa Doğru” İctimai Birliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) ünvanladığı müraciət müsbət nəticə vermiş və bu müraciət əsasında “Qurama”, “SuccullandBaku” və “Auto Transit MMC” şirkətlərinin 6-cı “Şirkətlərin Tanıtım Sərgisi”ndə iştirakı təmin olunmuşdur.

Sərgidə iştirak edən sahibkarlıq subyektləri müxtəlif sahələrdə fəaliyyət göstərən mikro və kiçik müəssisələrdir. Onların sərgidə iştirakı məhsul və xidmətlərini geniş auditoriyaya tanıtmaqla yanaşı, potensial tərəfdaşlarla əlaqələr qurmaq və bazar imkanlarını genişləndirmək üçün əlverişli imkan yaratmışdır.

“Davamlı İnkişafa Doğru” təşkilatının bu təşəbbüsü regionlarda fəaliyyət göstərən sahibkarların dəstəklənməsi və onların ictimai platformalarda iştirakının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. İştirakı təmin olunmuş şirkətlərin nümayəndələri bildiriblər ki, belə dəstəklər sahibkarlığın inkişafı, yerli istehsalın təşviqi və iqtisadi dayanıqlığın gücləndirilməsi istiqamətində atılan mühüm addımlardandır.

KOBİA tərəfindən göstərilən dəstək, dövlət və qeyri-hökumət sektorları arasında əməkdaşlığın uğurlu nümunəsi kimi qiymətləndirilir və gələcəkdə bu cür təşəbbüslərin davam etdirilməsi planlaşdırılır.

AzPost.az

Post navigation

Previous: Siqareti tərgitmək istəyirsiniz? –
Next: Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonları ilə bağlı layihə start götürüb

Oxşar xəbərlər

rus liman
  • Katogriyasız

Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var

User 11 Noyabr 2026 - 10:34
erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.