Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Qohumunu 40 manata görə bıçaqlayan şəxs azadlığa buraxılıb

Orkhan Ali 16 İyul 2025 - 18:00 (Last updated: 16 İyul 2025 - 17:39)
Məhkəmə

Məhkəmə

Bakıda qohumunu bıçaqlamaqda təqsirləndirilən Arzuman Əsədovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yelunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış edərək Arzuman Əsədovun 8 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib.

Vəkil çıxışında təqsirləndirilənə yüngül cəza verilməsini xahiş edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Arzuman Əsədova 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin olunub. Həmin cəza şərti hesab olunub və ona 2 il sınaq müddəti təyin edilərək məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 28-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib.

Əsədov Arzuman İsmayıl oğlu ilə qohumu Əliyev Ramo Rövşən oğlu arasında 40 manat borca görə münaqişə yaranıb. Yaranmış münaqişə zamanı A.Əsədov bıçaqla R. Əliyevə xəsarətlər yetirib.

Fakta görə cinayət işi başlanıb. A.Əsədova Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham elan olunub.

AzPost.az

Post navigation

Previous: Azərbaycanda 3 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Next: Bakıda görünməmiş dələduzluq

Oxşar xəbərlər

avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34
turk vor zakon
  • Kriminal

Türkiyəli cinayətkar avtoritet Azərbaycanda saxlanıldı – FOTO

User 13 Noyabr 2026 - 11:16

xƏBƏR

ilham ali forum
  • Baş Yazı

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

User 15 Noyabr 2026 - 22:22
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. Bu barədə Prezidentin Mətbuat...
Read more about Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident televiziya və radio işçilərini təbrik edib ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.