Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı
  • ÖZƏL

Hindistanda pələngi öldürmək istəyən 4 nəfər həbs olunub

Orkhan Ali 17 İyul 2025 - 10:17 (Last updated: 17 İyul 2025 - 10:17)
85684136708b6f63923ecedf02f10156

Hindistanın kəndlərindən birində dörd nəfər yerli sakin nəsli kəsilməkdə olan pələngi öldürmək məqsədilə qeyri-qanuni üsula əl atıb.

AzPost xəbər verir ki, fermerlər pələngin boğaraq öldürdüyü inəyin leşini kimyəvi maddələrlə zəhərləyiblər. Məqsəd yırtıcının geri qayıdaraq həmin ətlə qidalanması və zəhərlənərək tələf olması olub.

Hadisə yerinə gələn meşə təsərrüfatı əməkdaşları və baytar mütəxəssisləri inək cəsədində zəhərləyici maddələrin izlərini aşkarlayıb. Dindirmə zamanı kəndlilər pələngi qəsdən zəhərləmək istədiklərini etiraf ediblər. Onlar hazırda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barələrində cinayət işi açılıb.

Qeyd olunur ki, pələng kəndə hücum edərək bir inəyi parçalayıb. Bu hadisədən sonra təlaşa düşən sakinlər heyvanı öldürmək üçün öz üsullarına əl atıblar. Lakin Hindistanda pələnglər Qırmızı Kitaba daxil edilmiş vəhşi heyvanlardandır və onların öldürülməsi ciddi şəkildə qadağandır.

Mütəxəssislər bu cür halların qarşısını almaq üçün fermerlərə itirilmiş mal-qaraya görə kompensasiya verilməsi və nadir növlərin qorunmasına dair tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayırlar.

Hazırda Hindistanda təbii yaşayış mühitinin azalması səbəbindən pələnglərin insan məskənlərinə yaxınlaşması halları artıb. Lakin yerli əhalinin özbaşına müdaxiləsi həm ekoloji balansı, həm də hüquqi sabitliyi pozur.

AzPost.az

Post navigation

Previous: “Azərbaycan Nəşriyyatı” “MətbuArt” beynəlxalq simpoziumu keçirir
Next: Suriya prezidenti xalqa müraciət edib

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.