5 yaşlı Xocalı qurbanının məzarı açıldı (VİDEO)

Şəhidlər xiyabanında Xocalıda qətlə yetirilən və kimliyi bilinməyən 5 yaşlı qızın məzarı açılıb.

AzPost xəbər verir ki, bununla bağlı AZTV süjet hazırlayıb.

Bildirilib ki, aidiyyəti qurumlar qətlə yetirilən həmin qızın kimliyini bilmək üçün araşdırmalar aparır.

Xatırladaq ki, işğaldan azad olunan ərazilərdə aparılan araşdırmalar zamanı 27 kütləvi məzarlıq aşkar edilib. Bu kütləvi məzarlıqlarda 187 nəfərə aid olduğu ehtimal edilən insan qalıqları aşkarlanaraq çıxarılıb və 59 nəfərin kimliyi müəyyənləşdirilərək dəfn edilib.

Lakin itkin olaraq qeydə alınan 4 000 nəfərin taleyi hələ də nagüman olaraq qalır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.