Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək –PREZİDENT

Prezident
Prezident

Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək.

Bunu Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, dəmir və avtomobil yolları ilə daşımalara gəldikdə, burada söhbət təkcə Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsindən getmir, bunun beynəlxalq daşımalar baxımından mənası var.

Prezident Azərbaycanın fəal şəkildə daşımalara və logistika sahələrinə böyük sərmayələr qoyduğunu, son illər ərzində milyardlarla dollar həcmində sərmayələrin Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanının yaradılmasına yatırıldığına diqqət çəkib. Qeyd olunub ki, hazırda 25 milyon ton həcmində yüklərin daşınması üçün işlər aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.