Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Heç vaxt işğalla barışmayın” –

User 19 İyul 2025 - 18:41 (Last updated: 19 İyul 2025 - 18:41)
ilham forum02

Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib.

Bunu Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, Ukrayna işğalla barışmamalıdır: “Biz sırf bunu etmişik. Birinci Qarabağ müharibəsi dövrü çox çətin idi, faciəvi idi, böyük sayda itki vermişdik. Azərbaycanlılara qarşı Xocalı şəhərində soyqırımı törədilmişdi. Xocalı şəhəri buradan bir neçə kilometr aralıdadır. Münaqişədən sonrakı dövr heç də asan və yaxud da daha az ağır deyildi. Mənəvi baxımdan, həmçinin iqtisadi baxımdan çətin idi. 1 milyona yaxın insan öz bölgəsindən didərgin düşmüşdü – 700 min azərbaycanlı Qarabağ bölgəsindən, 250 min azərbaycanlı isə Ermənistandan deportasiya olunmuşdu. Və o dövrdə bizim əhalinin sayı 8 milyona bərabər idi. Adambaşına düşən qaçqın sayı çox yüksək idi, pulumuz yox idi, büdcəmiz boş idi. Demək olar ki, heç kim dəstək vermirdi. Bizim heç kimdən əhəmiyyətli beynəlxalq dəstəyimiz yox idi. İqtisadiyyat faciəvi şəkildə idi, inflyasiya, işsizlik və yoxsulluq. Yoxsulluq təxminən 100 faizə bərabər idi. Bax belə bir Azərbaycanda o vaxt Heydər Əliyev rəhbərliyə gəldi. Xalqımızın bəxti gətirdi, həmin dövrdə belə bir insan var idi ki, xalq ona müraciət etdi və o insan o çətin vəzifəni öz öhdəsinə götürdü. Həmin dövrdə heç də cavan deyildi, 70 yaşı var idi, səhhəti bir o qədər yaxşı deyildi, çətin xəstəliklərə qalib gəlmişdi. Lakin sırf o vəziyyəti sabitləşdirməyi bacardı. Və üstəlik vətəndaş müharibəsi. Tədricən biz ayaqüstə durmağa başladıq və bərpaya başladıq. Əminəm ki, əhalimizin böyük əksəriyyəti dediyimlə tam razıdır. Hamı işğal olunmuş əraziləri necə qaytarmağı düşünürdü”.

AzPost.az

Post navigation

Previous: Ermənistan Zəngəzur dəhlizi ilə bağlı 5 ildir heç nə etməyib –
Next: “Cənubi Qafqazda ABŞ-ın fəal iştirak etmək cəhdini görürük” –

Oxşar xəbərlər

ceyhun alman xin
  • Siyasət

Ceyhun Bayramov Almaniyanın xarici işləri naziri ilə görüşüb

User 18 Noyabr 2026 - 10:50
ilham alman xin
  • Siyasət

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib

User 17 Noyabr 2026 - 17:38
seyyad aran
  • Siyasət

“Bura Milli Məclisdir, danışmaqxanadır” – deputat Səyyad Arandan etiraz

User 17 Noyabr 2026 - 13:43

xƏBƏR

Vergi
  • Baş Yazı

Azərbaycanda vergi qaydaları dəyişir – Kuryerlər, taksi sürücüləri və ev sahiblərini nə gözləyir?

User 18 Noyabr 2026 - 12:15
Azərbaycanda gələn ildən bir sıra fəaliyyət sahələri üzrə vergi qaydalarının dəyişdirilməsi təklif olunur. Yeni mexanizmə əsasən, kuryerlər...
Read more about Azərbaycanda vergi qaydaları dəyişir – Kuryerlər, taksi sürücüləri və ev sahiblərini nə gözləyir?
“İkinci əl” avtomobillərin satışı üçün yeni prosedur müəyyənləşir avtomobil bazari
  • İqtisadiyyat

“İkinci əl” avtomobillərin satışı üçün yeni prosedur müəyyənləşir

User 18 Noyabr 2026 - 11:56
Pensiya kapitalı çatmayanları nə gözləyir? – 220 manatla dolanmalı olacaqlar? pensiya esas
  • Baş Yazı

Pensiya kapitalı çatmayanları nə gözləyir? – 220 manatla dolanmalı olacaqlar?

User 18 Noyabr 2026 - 11:12
Ukrayna PUA-ları Rusiyanın iki böyük neft zavodunu vurdu rus zavod
  • Dünya

Ukrayna PUA-ları Rusiyanın iki böyük neft zavodunu vurdu

User 18 Noyabr 2026 - 11:02
İran Küveytdəki ABŞ aviabazasına zərbə endirdiyini açıqladı iran raket
  • Dünya

İran Küveytdəki ABŞ aviabazasına zərbə endirdiyini açıqladı

User 18 Noyabr 2026 - 10:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.