Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib

User 17 Noyabr 2026 - 17:38 (Last updated: 17 Noyabr 2026 - 17:38)
ilham alman xin

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaq, ilk növbədə, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Almaniya Prezidentinə və Federal Kanslerinə çatdırmağı xahiş etdi.

Söhbət zamanı bu ilin iyulunda dövlətimizin başçısının Almaniyaya rəsmi səfəri, səfər çərçivəsində keçirilən görüşlər və aparılan səmərəli müzakirələr məmnunluqla xatırlandı. Həmin səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamənin ikitərəfli əməkdaşlığın möhkəmlənməsində roluna toxunuldu.

Görüşdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, siyasi, iqtisadi, sərmayələr, biznes, ənənəvi və alternativ enerji, bağlantılar, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.

Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi vurğulandı, bu ildən başlayaraq Azərbaycan qazının Almaniyaya ixracı qeyd olundu.

Söhbət zamanı ölkəmizin Orta Dəhlizdə önəmli roluna toxunuldu, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.

AzPost.az

Post navigation

Previous: Süni intellektin elektrik sərfiyyatı azala bilər- Alimlərdən yeni texnologiya
Next: Güzəştli mənzili kimlər ala bilər? -Hüququ olan şəxslərin tam siyahısı

Oxşar xəbərlər

seyyad aran
  • Siyasət

“Bura Milli Məclisdir, danışmaqxanadır” – deputat Səyyad Arandan etiraz

User 17 Noyabr 2026 - 13:43
ilham dircelis
  • Siyasət

İlham Əliyev Milli Dirçəliş Günü münasibəti ilə paylaşım edib

User 17 Noyabr 2026 - 00:10
hikmet qrono
  • Siyasət

Hikmət Hacıyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb

User 17 Noyabr 2026 - 00:04

xƏBƏR

menzil dizayn
  • Baş Yazı

Güzəştli mənzili kimlər ala bilər? -Hüququ olan şəxslərin tam siyahısı

User 17 Noyabr 2026 - 17:48
Azərbaycanda mənzil sahibi olmaq istəyən vətəndaşlar üçün MİDA-nın güzəştli mənzil layihələri mühüm imkanlardan biridir. Lakin bu mənzilləri...
Read more about Güzəştli mənzili kimlər ala bilər? -Hüququ olan şəxslərin tam siyahısı
İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib ilham alman xin
  • Siyasət

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib

User 17 Noyabr 2026 - 17:38
Süni intellektin elektrik sərfiyyatı azala bilər- Alimlərdən yeni texnologiya suni intelekt
  • Maraqlı

Süni intellektin elektrik sərfiyyatı azala bilər- Alimlərdən yeni texnologiya

User 17 Noyabr 2026 - 17:28
Bu göstərici insanı yanılda bilər – Artıq çəki necə qiymətləndirilməlidir? Pəhriz
  • Maraqlı

Bu göstərici insanı yanılda bilər – Artıq çəki necə qiymətləndirilməlidir?

User 17 Noyabr 2026 - 17:18
2027-ci ildə sosial paket kimləri əhatə edəcək? – Pensiya və müavinətlərlə bağlı yeni rəqəmlər BUDCE02
  • Baş Yazı

2027-ci ildə sosial paket kimləri əhatə edəcək? – Pensiya və müavinətlərlə bağlı yeni rəqəmlər

User 17 Noyabr 2026 - 16:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.