Ukraynada Azərbaycan səfirliyinin ətrafı raket atəşinə məruz qalıb

Ukraynanın, paytaxt Kiyev də başda olmaqla bir sıra vilayətləri Rusiya ordusu tərəfindən kütləvi hava hücumlarına məruz qalıb.

“Report”un məlumatına görə, Kiyevin mərkəzi Şevçenko, Salomonsk, Qolosevskiy, Darnitsa və digər rayonlarında ciddi dağıntılar var.

Kiyevdə raket zərbəsi Azərbaycan səfirliyinin binasının ətrafında olan tikililərə endirilib.

Ölənlər və yaralananlar var. Tələfatların və hücumların konkret miqyası ilə bağlı hələ ki, rəsmi açıqlama yoxdur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.