Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın 25 PUA-sını məhv edib.
AzPost bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“İyulun 21-də hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 25 təyyarə tipli pilotsuz uçuş aparatını vurub: Onlardan 12-si Rostov vilayəti, 8-i Bryansk vilayəti, 2-si Kaluqa vilayəti, 2-si Moskva vilayəti üzərində, o cümlədən biri Moskva vilayətinin ərazisinə, biri isə Krım ərazisində vurulub”.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ərazisinə daha çox uzaqmənzilli zərbələrin endirilməsinin lazım olduğunu bildirib.