Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Həssas qrupların əmək bazarına inteqrasiyasına dair layihə başlanıb

User 22 İyul 2025 - 18:41 (Last updated: 23 İyul 2025 - 10:44)
re01

Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 may 2025-ci il tarixindən etibarən “Regionlarda həssas sosial qrupa aid şəxslərin əmək bazarına inteqrasiyası” adlı sosial layihənin icrasına başlamışdır.

Layihə 3 ay müddətində Sumqayıt şəhərində həyata keçirilir və əsas məqsədi müharibə iştirakçıları, qazilər və əlilliyi olan şəxslər kimi həssas əhali qruplarının məşğulluq imkanlarını artırmaq, onların sosial reabilitasiyasını dəstəkləmək və əmək bazarına inteqrasiyasını təmin etməkdir.

Layihə çərçivəsində bu kateqoriyaya aid xanım iştirakçılar üçün dərzilik və dizaynerlik üzrə peşə hazırlığı kursları təşkil olunmuşdur. Kurs müddətində iştirakçılar parça üzərində biçmə, tikmə və dizayn üzrə nəzəri və praktiki biliklərə yiyələnəcək, eləcə də gələcəkdə bu biliklər əsasında öz mikro-bizneslərini qurmaq üçün ilkin əsaslara sahib olacaqlar.

Layihə rəhbəri Mirzə Məmmədvəliyev bildirib ki, bu təşəbbüs həm sosial inklüzivliyi gücləndirməyi, həm də regionlarda yaşayan həssas qrupların həyat keyfiyyətinin yüksəldilməsini hədəfləyir:

“Bu layihə iştirakçılara yalnız yeni bir peşə qazandırmaqla kifayətlənmir, həm də onların özünəinamını artırır, cəmiyyətə fəal şəkildə qoşulmalarına yol açır.”

Layihə çərçivəsində əldə olunan nəticələr, iştirakçıların təcrübəsi və bacarıqları layihənin sonunda ictimaiyyətə təqdim olunacaq.

AzPost.az

Post navigation

Previous: “Səba”nın törəmə şirkətinin kapitalından 6.4 milyon manat geri götürülür
Next: Prezident İlham Əliyev Azərbaycan Milli Mətbuatının 150 illiyi ilə əlaqədar təbrik ünvanlayıb

Oxşar xəbərlər

hebs qadin
  • Sosial

Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib

User 19 Noyabr 2026 - 21:17
meleyke bdu
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
qadin biznes
  • Sosial

Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər

User 19 Noyabr 2026 - 17:57

xƏBƏR

tramp teyyare
  • Dünya

Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”

User 19 Noyabr 2026 - 21:52
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Ukraynaya gələcək hərbi və maliyyə dəstəyini davam etdirməsinin məqsədəuyğunluğunu şübhə altına...
Read more about Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”
Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib hebs qadin
  • Sosial

Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib

User 19 Noyabr 2026 - 21:17
Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub meleyke bdu
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur surusme badadar
  • Baş Yazı

Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur

User 19 Noyabr 2026 - 18:19
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib ilham vyetnam01
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.