Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Erkən və qohum nigahlar mövzusunda dəyirmi masa keçirilib

User 23 İyul 2025 - 21:34 (Last updated: 23 İyul 2025 - 22:38)
ni02

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Xocavənd rayonunda  “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyəni davam etdirir.

23.07.2025- ci il tarixində Xocavənd rayon Xocavənd kənd Mədəniyyət evində “Nümunəvi valideynlik İnstitutu” layihəsi çərçivəsində “Erkən və qohum nigahların səbəbləri və fəsadları” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə Xocavənd kənd İƏD üzrə Nümayəndəsi Rövşən Babayev açdı. O qonaqları təqdim etdi və sözü layihə rəhbərinə verdi. Layihə rəhbəri Ş.Dadaşova layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra  layihənin məqsədlərini açıqladı. O bildirdi ki, “Ölkəmizdə erkən  və qohum nikah hallarının azaldılması ilə bağlı müsbət işlər aparılmasına baxmayaraq, problem  hələ də bəzi ərazilərdə qalmaqdadır.  2024-cü ildə erkən evlilik və qohum evliliklərinin qarşısının alınması istiqamətində Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib.  Nümunəvi Valideynlik İnstitutu adlı layihə çərçivəsində bu dəyişikliklərlə bağlı maarifləndirmə işi aparılacaq. Məqsədimiz cəmiyyətimizdə sağlam ailələrin sayının artmasıdır”

Tədbirdə Ekspert S.Məmmədova  erkən nigahın fəsadlarından ətraflı danışdı. Bildirdi ki, “yeniyetmənin orqanizmi inkişafda olan orqanizm olduğu üçün  bu dövrdə bir çox xroniki xəstəliklər kəskinləşir.Belə ki, gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların – gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Erkən və qohum nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Bunu  anlayan valideyn uşağını erkən nigaha cəlb etməz.”

N. Vəliməmmədova Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər barədə məlumat verdi . Bildirdi ki, “Qanunda edilən dəyişikliklər 2025-ci ilin iyulun 1-dən qüvvəyə minib. İnanıram ki, bu dəyişikliyin  erkən və qohum nikahların qarşısının alınmasında böyük rolu olacaq. Övladlarının sağlam gələcəyi üçün Valideynlər bu işə daha ciddi yanaşacaq. Və nümunəvi valideynlərin sayı çoxalacaq.

Daha sonra müzakirələr oldu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar.

Ş. Dadaşova Xocavənd rayon İcra Hakimiyyəti başçısı cənab Eyvaz  Hüseynova, Xocavənd rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə xanım Quliyevaya, İctimai -siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini -Dini qurumlarla işin təşkilatçısı Nicat Şirinova və Xocavənd kənd İƏD üzrə Nümayəndəsi Rövşən Babayevə tədbirin keçirilməsinə dəstəyinə görə təşəkkür etdi.

İştirakçılardan B.Rövşən, B.Esmira, H.Yeganə və digərləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdilər.

Tədbirdə 20 nəfər iştirak etdi. Sonda xatirə şəkili çəkildi.

AzPost.az

Post navigation

Previous: Prezident Administrasiyasında avqust üçün vətəndaşların qəbulu –
Next: İstanbulda Putinin və Zelenskinin xüsusi nümayəndələri təkbətək görüşüb

Oxşar xəbərlər

foto esas
  • Sosial

Bir ömrün nurlu hekayəti- Əsl müəllim portreti

User 20 Noyabr 2026 - 11:36
qedesov
  • Sosial

“Atlant” İstirahət mərkəzinin rəhbəri vəfat etdi

User 20 Noyabr 2026 - 10:43
meleyke
  • Sosial

Məleykə Abbaszadə BDU-da ilk addımlarını açıqladı – Nələr dəyişəcək?

User 20 Noyabr 2026 - 10:16

xƏBƏR

tofiq zülfüqarov
  • Siyasət

“Tramp İran məsələsində Rusiya və Çindən kömək istəyib” – Tofiq Zülfüqarov

User 20 Noyabr 2026 - 12:04
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ, Rusiya və Çin liderlərinin üçtərəfli görüşünün mümkün səbəbləri barədə...
Read more about “Tramp İran məsələsində Rusiya və Çindən kömək istəyib” – Tofiq Zülfüqarov
Neft 77 dollara düşə bilər – Azərbaycanın büdcəsinə necə təsir edəcək? / TƏHLİL neft kemer
  • Baş Yazı

Neft 77 dollara düşə bilər – Azərbaycanın büdcəsinə necə təsir edəcək? / TƏHLİL

User 20 Noyabr 2026 - 11:52
Bir ömrün nurlu hekayəti- Əsl müəllim portreti foto esas
  • Sosial

Bir ömrün nurlu hekayəti- Əsl müəllim portreti

User 20 Noyabr 2026 - 11:36
Rusiya Kiyevə ballistik raketlərlə hücum etdi – 3 körpü vuruldu kiyev raket
  • Dünya

Rusiya Kiyevə ballistik raketlərlə hücum etdi – 3 körpü vuruldu

User 20 Noyabr 2026 - 10:57
“Atlant” İstirahət mərkəzinin rəhbəri vəfat etdi qedesov
  • Sosial

“Atlant” İstirahət mərkəzinin rəhbəri vəfat etdi

User 20 Noyabr 2026 - 10:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.