Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya
  • ÖZƏL

Qəzzada aclıq cəmiyyəti məhv edir

Orkhan Ali 24 İyul 2025 - 11:37 (Last updated: 24 İyul 2025 - 11:37)
Qəzza

Qəzza

Qəzzada aclıq təkcə fələstinliləri bir-bir öldürmür, həm də cəmiyyətin təməllərini dağıdır və bədənlə yanaşı zehni sağlamlıqda da qalıcı yaralar açır. Mütəxəssislər bildirirlər ki, müharibə başa çatsa belə, aclığın yaratdığı fəsadlar uzun illər davam edəcək.

AzPost Guardian-a istinadla xəbər verir ki, İsrailin ərzaq üzərindəki nəzarətini silah kimi istifadə etməsi, atəşkəs dövrlərində belə aclığın dərinləşməsinə səbəb olub. Bu vəziyyət bədənin öz əzələlərini və orqanlarını enerji üçün “yandırmasına” gətirib çıxarır ki, bu da uşaqlarda inkişafın ləngiməsinə, gələcək nəsillərdə sağlamlıq problemlərinə yol açır.

Mass Starvation kitabının müəllifi, Dünya Sülh Fondunun icraçı direktoru Aleks de Vaal yazır: “Aclıq yalnız bioloji deyil, həm də sosial bir travmadır. İnsanların qüruru, sosial bağları, tabuları bu prosesdə dağıdılır. Bu travmalar cəmiyyətin yaddaşında fiziki acılıqdan daha dərindir.”

Ekspertlər xəbərdarlıq edirlər ki, aclığın sosial təsirləri insanları bir-birinə qarşı qoyur, yardımlaşmanı zəiflədir və bəzən sağ qalmaq üçün alçaldıcı davranışlara məcbur edir. Hətta aclıqdan qurtulanların travması – ailə üzvlərini qida üçün qurban vermək məcburiyyəti və ya zorakılığa məruz qalmaq – ömür boyu davam edir.

Qəzzada humanitar yardımların paylanması da gərginlik yaradıb. ABŞ və İsrailin dəstəklədiyi Qəzza Humanitar Fondu (GHF) tərəfindən qurulan ərzaq məntəqələri tez-tez izdiham və qarışıqlıqların mərkəzinə çevrilir. Forensic Architecture qurumunun tədqiqatçısı Nur Əbuzeid deyib: “Aclıq sosial nizamı çökdürür, idarəetməni yalnız bir suala endirir – bu gün nə yeyəcəyik?”

Ekspertlər vurğulayır ki, İsrailin ərzaq girişini tam nəzarətdə saxlaması, aclığın təsirlərinin “genosid səviyyəsində” olduğunu göstərir. Forensic Architecture rəhbəri Eyal Veyzman bildirib: “Aclıq həm vasitədir, həm də məqsəd. Cəmiyyətin dağılması üçün aclıq idarə olunur.”

BMT-nin məlumatları Qəzzada qida çatışmazlığının kritik həddə çatdığını təsdiqləyir. Beynəlxalq böhran analitiki Kris Nyuton isə qeyd edib: “Rəsmi aclıq elan olunmasa da, davamlı aclıq və qida çatışmazlığının fəsadları geri dönməzdir.”

Mütəxəssislər hesab edirlər ki, mövcud vəziyyət davam edərsə, atəşkəs dövrlərində belə aclıq və onun sosial fəsadları Qəzza cəmiyyətini dərin böhrana sürükləməkdə davam edəcək.

AzPost.az

Post navigation

Previous: Sabah bütün pensiya və sosial yardımlar ödəniləcək
Next: İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib

Oxşar xəbərlər

rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
rus ukr danisiq
  • Dünya

Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi?

User 09 Noyabr 2026 - 17:06
orban
  • Dünya

Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur

User 09 Noyabr 2026 - 16:53

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.