Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Avqustun 1-dən Azərbaycan qazı Suriyaya nəql olunacaq

User 24 İyul 2025 - 12:54 (Last updated: 24 İyul 2025 - 12:54)
QAZ KEMER

Bu ilin 1 avqust tarixindən Azərbaycan təbii qazının Türkiyə üzərindən Kilis xətti vasitəsilə Suriyaya nəqlinə başlanılacaq.

AzPost bildirir ki, bu barədə “APA-Economics” Türkiyə mətbuatına istinadən xəbər verir.

“Suriyanın yenidən qurulmasında mühüm addım hesab olunan yeni enerji xəttinin 1 avqustda istifadəyə verilməsi planlaşdırılır. Azərbaycandan gələn təbii qaz Türkiyə üzərindən Kilis xətti ilə Suriyaya çatdırılacaq. Bu layihə Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına və Türkiyənin regional enerji mərkəzi olma hədəfinin gücləndirilməsinə töhfə verməyi məqsəd qoyur”, – məlumatda qeyd olunur.

Qeyd olunur ki, SOCAR ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 milyard kubmetr təbii qazın Suriyaya göndərilməsi planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsal gücü hədəflənir.

Xatırladaq ki, iyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Azərbaycanının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.

AzPost.az

Post navigation

Previous: Yasamalda səki parkinqə çevrilib – Piyadalar təhlükədə
Next: “Zəngəzur dəhlizi Ermənistan və Azərbaycanın suveren işidir” –

Oxşar xəbərlər

bank
  • İqtisadiyyat

Azərbaycanda banklarda pul artır – İnsanlar niyə pullarını evdə deyil, bankda saxlayır?

User 12 Noyabr 2026 - 09:37
fermer01
  • İqtisadiyyat

Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı

User 11 Noyabr 2026 - 15:30
aqrar03
  • İqtisadiyyat

Azərbaycanda saatlıq maaş tətbiq oluna bilər – İlk olaraq hansı sahələri əhatə edəcək?

User 11 Noyabr 2026 - 12:05

xƏBƏR

Tibbi Yardım
  • Sosial

Xəstəxanada əlavə pul tələb edirlər? – İcbari tibbi sığortanın bu qaydalarını bilin

User 12 Noyabr 2026 - 10:15
Azərbaycanda icbari tibbi sığorta sistemi fəaliyyət göstərsə də, vətəndaşlar bəzi müayinə, müalicə və tibbi prosedurlar üçün xəstəxanalarda...
Read more about Xəstəxanada əlavə pul tələb edirlər? – İcbari tibbi sığortanın bu qaydalarını bilin
60 yaşdan sonra bu 7 qidanı azaldın: Ürək, təzyiq və şəkər üçün təhlükə 60 yaşdan yuxarı
  • Sosial

60 yaşdan sonra bu 7 qidanı azaldın: Ürək, təzyiq və şəkər üçün təhlükə

User 12 Noyabr 2026 - 10:00
Soyuq havalarda hansı xəstəliklər artır? Qrip
  • Sosial

Soyuq havalarda hansı xəstəliklər artır?

User 12 Noyabr 2026 - 09:47
Azərbaycanda banklarda pul artır – İnsanlar niyə pullarını evdə deyil, bankda saxlayır? bank
  • İqtisadiyyat

Azərbaycanda banklarda pul artır – İnsanlar niyə pullarını evdə deyil, bankda saxlayır?

User 12 Noyabr 2026 - 09:37
Smartfonu gecə şarjda saxlamaq batareyaya zərər verir? telefon sarj
  • Maraqlı

Smartfonu gecə şarjda saxlamaq batareyaya zərər verir?

User 12 Noyabr 2026 - 09:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.