Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Hədəf”in baş binasında Kuzey Kıbrıs Universitetinin tanıtım ofisi açılıb

User 25 İyul 2025 - 17:50 (Last updated: 25 İyul 2025 - 17:50)
hed04

25 iyul 2025-ci il tarixində Hədəf Şirkətlər Qrupunun baş idarə binasında Kuzey Kıbrıs Türk Cümhuriyyətinin aparıcı ali təhsil müəssisələrindən olan Doğu Akdeniz Universitetinin Bakı tanıtım ofisinin açılış mərasimi baş tutdu.

Tədbirdə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Təhsil Naziri cənab Nazım Çavuşoğlu, Doğu Akdeniz Universitetinin rektoru cənab Hasan Kılıç, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer, Lefke Avropa Universitetinin rektoru cənab Mehmet Ali Yükselən, Wotmax Şirkətinin rəhbəri İlhami Bilgən, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq, Nizami Rayon Bələdiyyəsinin sədr müavini Vüqar Tarquliyev, ADPU-nun rektoru Cəfər Cəfərov, AETİHİ sədr müavini Mirzə Cəfərzadə,  Marsol Qrup rəhbəri Tural Mustafayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatları — Vüqar İsgəndərov və Azərbaycan‑ Kuzey Kıbrıs Türk Cümhuriyyəti Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyev, eləcə də, xaricdə təhsil şirkətinin əməkdaşları, rəhbərləri və digər rəsmi şəxslər iştirak etdilər.

Bu layihə təkcə iki dövlət arasında münasibətlərin inkişafı baxımından deyil, həm də ümumtürk dəyərlərinin yaşadılması və ortaq gələcək vizyonunun formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Kuzey Kıbrıs Türk Cümhuriyyəti arasındakı bu cür əməkdaşlıq təşəbbüsləri türk dünyasının inteqrasiyasını gücləndirən strateji addımlar kimi qiymətləndirilir.

Təhsil, elm və mədəniyyət sahələrində atılan addımlar Türk Dövlətləri Təşkilatının məqsəd və dəyərlərinə uyğun olaraq bütün türk dövlətlərini birləşdirən ortaq platformaların qurulmasına xidmət edir. Bu addım sadəcə iki dövlət arasında deyil, ümumən türk coğrafiyasındakı gənclər arasında əməkdaşlıq, anlaşma və həmrəylik ruhunun möhkəmləndirilməsi üçün nümunəvi olacaq. Təhsil sahəsində belə təşəbbüslər ortaq mədəni irsin qorunması, bilik və təcrübə mübadiləsi, ortaq layihələrin həyata keçirilməsi kimi istiqamətlərdə yeni imkanların yaranmasına zəmin yaradıb ki, bu da bütövlükdə Türk Birliyinin möhkəmlənməsi və gələcək nəsillərin ortaq dəyərlərlə yetişməsi üçün böyük bir addımdır.

Qonaqlar ofislə tanış olduqdan sonra rəmzi qırmızı lent kəsildi və bununla da, tədbirin rəsmi açılışına start verildi. Açılışı Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq etdi. O, Azərbaycan və Kuzey Kıbrıs Türk Cümhuriyyəti arasında təhsil sahəsində formalaşan bu körpünün gələcəkdə daha geniş əməkdaşlıqlara zəmin yaradacağına inandığını bildirdi.

Daha sonra çıxış edən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Təhsil Naziri Nazım Çavuşoğlu iki ölkə arasındakı dostluq münasibətlərinin təməlində ortaq mədəniyyət və dəyərlərin dayandığını vurğuladı. O, Bakı tanıtım ofisinin yaradılmasının gələcək nəsillərin maarifləndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə etdi.

Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç çıxışında rəhbərlik etdiyi ali təhsil müəssisəsinin akademik potensialı, geniş infrastrukturu və təcrübəli professor-müəllim heyəti ilə azərbaycanlı tələbələr üçün geniş imkanlar təqdim edəcəyini vurğuladı. O, universitetin beynəlxalq səviyyəli təhsil xidmətlərinin tələbələrə yeni üfüqlər açacağını qeyd etdi.

Millət vəkili Cavanşir Feyziyev isə çıxışında ölkələrarası təhsil əlaqələrinin gücləndirilməsinin strateji əhəmiyyətini qeyd edərək bu istiqamətdə atılan addımları hər zaman dəstəklədiklərini bildirdi.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov çıxışında təhsilin inkişafı baxımından belə təşəbbüslərin vacibliyini qeyd edərək Kuzey Kıbrısla qurulan əməkdaşlığın təqdirəlayiq olduğunu vurğuladı.

Wotmax Şirkətinin rəhbəri İlhami Bilgən də tədbirdə çıxış edərək şirkətlərarası əməkdaşlığın gücləndirilməsinin və təhsil layihələrinə dəstəyin əhəmiyyətini önə çəkdi. O, bu istiqamətdə qurulan hər bir tərəfdaşlığın gələcək üçün mühüm əsas olduğunu ifadə etdi.

Tədbirdə, eyni zamanda, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer, Lefke Avropa Universitetinin rektoru cənab Mehmet Ali Yükselən və Milli Məclisin deputatı Vüqar İsgəndərov da çıxış edərək öz dəyərli fikirlərini bölüşdülər. Qonaqlar Azərbaycan və Kuzey Kıbrıs arasında formalaşan təhsil əlaqələrinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə gələcək əməkdaşlıqların davamlı olacağına inandıqlarını bildirdilər.

 

AzPost.az

Post navigation

Previous: Azad edilmiş ərazilərdə yanğınların söndürülməsi davam etdirilir –
Next: “Erkən uşaqlıq dövründə inkişaf” mövzusunda dəyirmi masa keçirilib

Oxşar xəbərlər

aile
  • Sosial

Bahalı hədiyyələr və romantik səyahətlər ailəni xilas etmir – Əsas məsələ başqadır

User 12 Noyabr 2026 - 20:57
dollar at
  • Sosial

Bir çamadan dolları pəncərədən həyətə atdılar – VİDEO

User 12 Noyabr 2026 - 19:08
rusiyamehkeme
  • Sosial

Məclis.info” saytının rəhbərinə 10 il həbs cəzası verildi – QƏRAR

User 12 Noyabr 2026 - 18:55

xƏBƏR

ilham yunan bas nazir
  • Siyasət

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

User 12 Noyabr 2026 - 22:49
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub....
Read more about İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb
İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var? britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
Bahalı hədiyyələr və romantik səyahətlər ailəni xilas etmir – Əsas məsələ başqadır aile
  • Sosial

Bahalı hədiyyələr və romantik səyahətlər ailəni xilas etmir – Əsas məsələ başqadır

User 12 Noyabr 2026 - 20:57
2026-cı ilin sonuna qədər 4 bürcün həyatı dəyişəcək – Onları nə gözləyir? burcler
  • Maraqlı

2026-cı ilin sonuna qədər 4 bürcün həyatı dəyişəcək – Onları nə gözləyir?

User 12 Noyabr 2026 - 20:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.