Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

“Starex Global” fırıldaqçılıqda ittiham olunur

Orkhan Ali 29 İyul 2025 - 11:04 (Last updated: 29 İyul 2025 - 11:05)
Starexglobal.az

Starexglobal.az

Sosial şəbəkələrdə “Starexglobal.az” kargo şirkəti ilə bağlı narazılıqlar səngimək bilmir.

AzPost xəbər verir ki, vətəndaş Ümid Xəzəroviç “Starex Global” şirkətini ardıcıl olaraq qeyri-şəffaflıqda, zəif müştəri xidməti və çatdırılma prosesində fırıldaqçılığa bənzər hallarda ittiham edib. Onun sözlərinə görə, Temu platformasından sifariş etdiyi mallar artıq ikinci dəfədir ki, yanlış prosedura görə ona çatdırılmır və guya müştərinin istəyi ilə depoya təhvil verildiyi qeyd olunur.

“Qaynar xəttinizə düşmək olmur. 1-ə basıram, vəssəlam – dərin sükut. Kuryer siqaret çəkib qayıdır və deyir ki, guya mən depoya yönləndirilməsini istəmişəm. Halbuki bu, həqiqətə uyğun deyil,” – deyə o, sosial şəbəkə paylaşımında bildirib.

Şirkət isə bu iddialara rəsmi şəkildə cavab verib. “Starexglobal.az”ın paylaşımında bildirilir:

“Kuryer əməkdaşımız ünvana çatdıqda müştəri ilə əlaqə yaratmaq mümkün olmadıqda və ya müştəri ünvanında olmadıqda, sistemə uyğun olaraq bağlama müştərinin qeyd etdiyi ünvana yaxın filialımıza yönləndirilir. Hazırda bağlamanız Naxçıvan filialımızdadır.”

Şirkət əlavə olaraq qeyd edib ki, müştəri bağlamasını Naxçıvan şəhəri, 12-ci məhəllə 4/17 ünvanında – Cahan Ticarət Mərkəzi ilə üzbəüz yerləşən filialdan təhvil ala bilər.

Qeyd edək ki, bu kimi hallarda vətəndaşların şikayətlərinin operativ araşdırılması və şəffaf şəkildə cavablandırılması həm xidmət keyfiyyətinin, həm də ictimai etibarın qorunması baxımından vacibdir.

AzPost.az

Post navigation

Previous: “Qohumum vəfat etdi, sənədləri göndərdim, amma nəticə yoxdur”
Next: PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

andicme
  • Sosial

Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – MN

User 14 Noyabr 2026 - 11:17
“Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə...
Read more about Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – MN
2027-ci ildə kimlərin maaşı və müavinəti artacaq? – Yeni sosial paketdə 4 əsas istiqamət budce
  • Baş Yazı

2027-ci ildə kimlərin maaşı və müavinəti artacaq? – Yeni sosial paketdə 4 əsas istiqamət

User 14 Noyabr 2026 - 11:10
Vətəndaşlar qazandığı pulun 55 faizini ərzaq və dərmana verir – Natiq Cəfərli erzaq
  • Sosial

Vətəndaşlar qazandığı pulun 55 faizini ərzaq və dərmana verir – Natiq Cəfərli

User 14 Noyabr 2026 - 10:51
Qardaşı tərəfindən bıçaqlanan hamilə qadın əməliyyat edilib tecili yardim
  • Sosial

Qardaşı tərəfindən bıçaqlanan hamilə qadın əməliyyat edilib

User 14 Noyabr 2026 - 10:16
Bir gündə 15 min manatlıq gül alınıb – sabiq sədrin məhkəməsində nələr açıldı? etibar pirverdi
  • Sosial

Bir gündə 15 min manatlıq gül alınıb – sabiq sədrin məhkəməsində nələr açıldı?

User 14 Noyabr 2026 - 09:57
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.