Yaponiyada matça çayının ehtiyatları tükənir– Səbəb sosial şəbəkələrdir

Moça
Moça

“The Washington Post”un yaydığı məlumata görə, Yaponiyanın ənənəvi yaşıl çayı olan matçaya sosial şəbəkələrdə artan maraq ölkədə bu məhsulun ehtiyatlarının azalmasına səbəb olub.

AzPost bildirir ki, çayın populyarlığı nəticəsində bəzi mağazalar satışa məhdudiyyət qoyaraq hər müştəriyə cəmi bir qab satmağa başlayıb. Ənənəvi olaraq klassik çay mərasimlərində istifadə edilən matça, bu gün həm də dondurma, desert və içki əlavəsi kimi geniş yayılıb.

Ekspertlər bildirirlər ki, matçanın dünya miqyasında trendə çevrilməsi Yaponiyada istehsalı üstələyən tələbat yaradıb. Hazırda ixrac prioritetləri yerli bazarda defisitə yol açıb. Yerli fermerlər istehsalı artırmağa çalışsalar da, yüksək keyfiyyətli matça çayının becərilməsi zaman və peşəkarlıq tələb edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.