Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

İnsan alverinə qarşı mübarizə ilə bağlı tədbir keçirilib

User 31 İyul 2025 - 12:40 (Last updated: 01 Avqust 2025 - 12:05)
k03

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Könül Evi”Aztəminatlı Ailələrə Yardım ictimai birliyinin birgə təşkilatçılığı ilə 25 iyul 2025-ci il tarixdə Quba rayonu, Qəçrəş qəsəbəsində 25 gəncin iştirakı ilə “İnsan Alveri ilə mübarizədə yeni çağırışlar” adlı layihə çərçivəsində tədbir həyata keçirilib.

Tədbiri təşkilatın sədri Rüxsarə Axundova açaraq layihə haqqında geniş məlumat verib. Tədbirdə Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi Əhməd Nurullayev, Qəçrəş qəsəbə İcra nümayəndəsinin sədr müavini Fuad Yusifov, Quba rayon Polis İdarəsinin leytenantı Şahbazova Aynur və İnsan Alveri ilə Mübarizə üsrə QHT Koalisiyasının üzvü Zülfiyyə Nuriyeva iştirak edirdilər. Tədbirdə İnsan Alverinin müasir dünyada rəqəmsallaşması və bu təhlükələrdən xüsusilə gənclərin necə qoruna bilməsi metodları haqqında məlumatlar verildi. Layihə çərçivəsində mövzunu əhatə etməklə hazırlanan buklet və kitabçalarda gənclərin təhlükəli vəziyyəti hiss etdikdə 152 qaynar xətti qeyd edilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə vətəndaş cəmiyyəti tərəfindən çəkilmiş “Bir Addım, Bir Həyat” filmi nümayiş etdirildi və daha sonra interaktiv müzakirələr keçirildi. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilərək,xatirə fotosu çəkildi.

AzPost.az

Post navigation

Previous: NASA Trampın prezidentliyi dövründə Aya eniş etməyi planlaşdırır
Next: Əlil Sahibkarlar Təşkilatının sosial layihəsi yekunlaşıb

Oxşar xəbərlər

System discovering coronavirus launched in Omsk
  • Sosial

COVID-19 yeniyetmələri daha tez qocaldıb? – Alimlər DNT-də dəyişikliklər aşkarladı

User 14 Noyabr 2026 - 16:15
nvidia rehber
  • Sosial

Nvidia-nın sabiq rəhbəri şirkəti də aldadıb – Çinli qadınla münasibətini gizlədib

User 14 Noyabr 2026 - 15:38
avto yaqisli hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 14 Noyabr 2026 - 14:47

xƏBƏR

is yeri
  • Baş Yazı

Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır?

User 14 Noyabr 2026 - 17:26
Azərbaycanda iş axtaranların qarşısında əsas suallardan biri budur: hansı sahəyə üz tutmaq daha məqsədəuyğundur və yaxın illərdə...
Read more about Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır?
COVID-19 yeniyetmələri daha tez qocaldıb? – Alimlər DNT-də dəyişikliklər aşkarladı System discovering coronavirus launched in Omsk
  • Sosial

COVID-19 yeniyetmələri daha tez qocaldıb? – Alimlər DNT-də dəyişikliklər aşkarladı

User 14 Noyabr 2026 - 16:15
Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
Nvidia-nın sabiq rəhbəri şirkəti də aldadıb – Çinli qadınla münasibətini gizlədib nvidia rehber
  • Sosial

Nvidia-nın sabiq rəhbəri şirkəti də aldadıb – Çinli qadınla münasibətini gizlədib

User 14 Noyabr 2026 - 15:38
Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? – Facebook geridə, Instagram nə yerdədir? / STATİSTİKA sosial sebeke
  • Media

Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? – Facebook geridə, Instagram nə yerdədir? / STATİSTİKA

User 14 Noyabr 2026 - 15:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.