Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

907-ci düzəlişin ləğvi Azərbaycana nə vəd edir?

User 11 Avqust 2025 - 12:34 (Last updated: 11 Avqust 2025 - 12:35)
abs azerbaycan
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vaşinqtona tarixi səfəri zamanı qəbul edilən strateji qərarlardan biri də 907-ci düzəlişin ləğvi oldu. Bu düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən”Azadlığı müdafiə aktı”a əlavə edilən Birləşmiş Ştatların birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktı idi.
Beləliklə, 33 il sonra, Azərbaycan Prezidentinin qətiyyətli xarici siyasəti nəticəsində sözügüdən düzəliş artıq qüvvədə deyil.
Bu düzəlişin ləğvi Azərbaycan üçün yalnız strateji və siyasi əhəmiyyət daşımır, eyni zamanda iqtisadi aspektdən də vacib hesab olunur. Bu addım ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımlarının həcmini artıracaq. 2024-cü ildə Azərbaycan ABŞ-dan cəmi 20 milyon dollar yardım alıb. Həmin il Ermənistan 92 milyon dollar, Gürcüstan isə 180 milyon dollarlıq Vaşinqton yardımdan faydalana bilib. Göründüyü kimi, ötən il Azərbaycan ilə müqayisədə Ermənistana 4.6 dəfə, Gürcüstana isə 9 dəfə çox ABŞ yardımı ayrılıb. 2024-cü ildə Ukrayna ABŞ-dan ən çox yardım alan dövlət olub. Rusiya ilə müharibə aparan ölkəyə il ərzində 16.4 milyard dollar ayrılıb. Efopiya, İordaniya, Somali və Konqo daha çox yardım alan ilk beşliyi tamamlayıblar.
Azərbaycanın da artıq ABŞ yardımlarından daha böyük həcmdə faydalanacağı gözlənilir. Bu fərqli sektorlarda Vaşinqton yarımdan istifadə imkanları deməkdir.
Bütün bunlar ilə yanaşı, bu düzəlişin ləğvinin Azərbaycan və ABŞ strateji tərəfdaşlığının güclənməsinə xüsusi təsirləri var. Aydındır ki, bu artıq iki ölkə arasında münasibətlərin strateji xətt üzrə inkişaf etdiyindən xəbər verir.
Eyni zamanda, düzəlişin ləğvi Azərbaycana ABŞ-dan daha çox sərmayənin cəlb edilməsinə imkan yaradacaq. Özəl şirkətlər də aktiv şəkildə sərmayə qoyluşlarında maraqlı olacaqlar. Bu addım qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq və Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına dəstək olacaq.
Bu kontekstdən, düzəlişin ləğvi fonunda ABŞ-Azərbaycan strateji tərəfdaşlığı Birləşmiş Ştatlar texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, Vaşinqtonun iqtisadi fəallığı deməkdir.
Bütün bunlar ondan xəbər verir ki, 907-ci düzəlişin ləğvi Azərbaycan və ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiq etməklə yanaşı, ölkəmizdə dayanıqlı iqtisadi inkişafa töhvə verəcək.
Vüqar BAYRAMOV
Milli Məclisin deputatı

AzPost.az

Post navigation

Previous: Samuxda 200 hektar seyrək meşəlik məhv edilib –
Next: Paşinyan İran prezidenti Pezeşkian ilə danışdı

Oxşar xəbərlər

teyyare qeza rus
  • Sosial

Rusiyada “An-12” təyyarəsi qəzaya uğrayıb, 17 nəfər həlak olub

User 17 Noyabr 2026 - 19:20
Toy
  • Sosial

Camış əti və süni kürü… 41 şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı

User 17 Noyabr 2026 - 18:18
leyla
  • Sosial

ƏSA Teatrının aktrisası Leyla Musayeva vəfat etdi

User 17 Noyabr 2026 - 16:38

xƏBƏR

Gmail
  • Media

Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb

User 17 Noyabr 2026 - 22:55
ABŞ-dan və digər ölkələrdən iri miqyaslı texniki nasazlıqlarla bağlı yeni məlumatlar daxil olur. İstifadəçilər Gmail, Marriott, Outlook...
Read more about Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb
Putin Trampla görüş üçün Çinə gəldi putin
  • Dünya

Putin Trampla görüş üçün Çinə gəldi

User 17 Noyabr 2026 - 22:47
Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb london01
  • Dünya

Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb

User 17 Noyabr 2026 - 22:28
Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir urek mualice
  • Maraqlı

Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir

User 17 Noyabr 2026 - 22:06
Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır yuxu
  • Maraqlı

Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır

User 17 Noyabr 2026 - 21:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.