Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ordu korpusunun sabiq maliyyə rəisinin məhkəməsi –

User 21 Avqust 2025 - 19:21 (Last updated: 21 Avqust 2025 - 19:21)
mehkeme

Müdafiə Nazirliyinin “N” saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra etmiş Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, təqsirləndirilən şəxs Goranboy və Kəlbəcər rayonlarında yerləşən hərbi hissələrdə xidmət etdiyi dövr ərzində tamah məqsədilə dövlət əmlakını xüsusilə külli miqdarda mənimsəyib.

Belə ki, təqsirləndirilən şəxs müxtəlif şəxslərin adına olan bank kartlarına pul köçürərək qanunsuz şəkildə nağdlaşdırıb.

İttiham aktına münasibət bildirən cinayət işi üzrə təqsirləndirilən Namiq Mirzəyev ittihamla razılaşmadığını, özünü qismən təqsirli hesab etdiyini bildirib: “Mən 179.4 və 308-ci maddələr ilə ittiham olunuram. 308-ci maddə ilə özümü təqsirli bilsəm də, digər maddə ilə qismən təqsirli bilirəm. Mən dövlətə 43.800 manat ziyan ödəmişəm. Hazırda həbsdə olduğum üçün ödəniş edə bilmirəm”.

Daha sonra şahidlər ifadə verib. Onlar ibtidai istintaqa verdikləri ifadəni təsdiq ediblər.

Məhkəmə digər 4 şahidin ifadəsi ilə avqustun 27-də davam etdiriləcək.

Qeyd edək ki, Namiq Mirzəyev ötən ilin avqust ayında DTX-nın vəsatəti əsasında həbs edilib.

Təqsirləndirilən Namiq Mirzəyev AR Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham olunur.

AzPost.az

Post navigation

Previous: Yaponların turistləri heyrətə salan qeyri-adi ənənələri
Next: Prezident Kəlbəcər sakinləri ilə görüşdü, mənzillərin açarlarını təqdim etdi –

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.