Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycan məhsulları ilk dəfə “Alibaba”da ilk üçlükdə yer alıb

User 26 Avqust 2025 - 18:40 (Last updated: 26 Avqust 2025 - 18:55)
Без названия

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının dəstəyi ilə Azərbaycan məhsulları ilk dəfə dünyanın ən iri elektron ticarət platformalarından biri olan “Alibaba.com”da öz kateqoriyası üzrə qlobal reytinqdə ilk üçlükdə yer alıb.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, məhsullar “Mr.Fix” brendinə məxsus tikinti materiallarıdır.

Bu nailiyyət Azərbaycan istehsalçıları üçün elektron ticarətin açdığı yeni imkanların bariz göstəricisidir. Ənənəvi ticarət üsullarının zəiflədiyi bir dövrdə rəqəmsal bazarlara keçid cəmi bir aydan qısa müddətdə yerli məhsulu nəhəng bazarda lider mövqeyə yüksəldib.

“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, Azərbaycanın tikinti məhsullarının dünyanın ən böyük bazarlarından birində top üçlükdə yer alması elektron ticarətin yaratdığı yeni reallıqdır: “Şirkətlər bu reallığı qəbul etməli və daha çox bu istiqamətə yönəlməlidir. Artıq məhsula sifariş sorğusu da daxil olub, müzakirələr aparılır. Bu, sadəcə başlanğıcdır və bənzər nümunələrin sayı artacaq. Bu uğuru fürsətə çevirmək üçün sahibkarlar “Azexport” portalı ilə daha yaxından əməkdaşlığa dəvət olunur”.

“Azexport.az” portalı sahibkarları təmənnasız təqdim olunan ixrac imkanlarından yararlanmağa çağırır və Azərbaycanın qeyri-neft ixracını yeni rəqəmsal bazarlarda daha da gücləndirməyə davam edir.

AzPost.az

Post navigation

Previous: Laçın Şəhəri Günü münasibətilə qala-konsert təşkil olunub
Next: İtaliyada sahilə çıxan ölü siçovullar turistləri çimərlikdən qaçırdı

Oxşar xəbərlər

System discovering coronavirus launched in Omsk
  • Sosial

COVID-19 yeniyetmələri daha tez qocaldıb? – Alimlər DNT-də dəyişikliklər aşkarladı

User 14 Noyabr 2026 - 16:15
nvidia rehber
  • Sosial

Nvidia-nın sabiq rəhbəri şirkəti də aldadıb – Çinli qadınla münasibətini gizlədib

User 14 Noyabr 2026 - 15:38
avto yaqisli hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 14 Noyabr 2026 - 14:47

xƏBƏR

dublin
  • Dünya

Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı

User 14 Noyabr 2026 - 20:06
Dublində dünya liderlərinin nahar etdiyi məkanın yaxınlığında əldəqayırma partlayıcı qurğu aşkarlanıb. İrlandiya ordusunun partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə...
Read more about Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı
Tramp İranla müharibənin başa çatdığını bildirib tramp cixis
  • Dünya

Tramp İranla müharibənin başa çatdığını bildirib

User 14 Noyabr 2026 - 18:39
Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır? is yeri
  • Baş Yazı

Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır?

User 14 Noyabr 2026 - 17:26
COVID-19 yeniyetmələri daha tez qocaldıb? – Alimlər DNT-də dəyişikliklər aşkarladı System discovering coronavirus launched in Omsk
  • Sosial

COVID-19 yeniyetmələri daha tez qocaldıb? – Alimlər DNT-də dəyişikliklər aşkarladı

User 14 Noyabr 2026 - 16:15
Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.