Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya
  • ÖZƏL

Meksika Senatında dava

Orkhan Ali 29 Avqust 2025 - 11:39 (Last updated: 29 Avqust 2025 - 11:32)
1

Meksika Senatında ABŞ-ın ölkəyə hərbi müdaxiləsi məsələsi ətrafında aparılan müzakirələr gərgin dava ilə nəticələnib.

AzPost xəbər verir ki, CNN-in məlumatına görə, sessiya zamanı müxalifət partiyasının lideri, senator Alehandro Moreno ilə Senatın sədri, iqtidar partiyasından Herardo Fernandes Noroña arasında insident yaşanıb. Moreno çıxışına imkan verilmədiyini iddia edərək tribunaya qalxıb və Noroñanın əlindən tutaraq onu ittiham edib. Bu andan etibarən tərəflər arasında fiziki toqquşma başlayıb.

Qısa zamanda digər senatorlar da mübahisəyə qarışıb, canlı yayımda nümayiş olunan kadrlar isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Kadrda Morenonun bir şəxsi yerə yıxdığı, başqa birinin isə Noroñaya zərbə endirməyə cəhd etdiyi görünür.

Noroña hadisədən sonra açıqlamasında hücuma məruz qaldığını bildirib və Morenonu ölüm təhdidində günahlandırıb. Öz növbəsində Moreno isə qarşı tərəfin ilk olaraq onu təxribata çəkdiyini iddia edib.

Məsələni qızışdıran əsas səbəblərdən biri ABŞ-ın Meksikadakı narkokartellərə qarşı mümkün hərbi əməliyyatı ilə bağlı müzakirələr olub. Xüsusən də son vaxtlar ABŞ-dan gələn bəyanatlar və sabiq prezident Donald Trampın bu məsələdə hərbi güc tətbiqinə yaşıl işıq yandırması ölkədə siyasi ziddiyyətləri daha da alovlandırıb.

Qeyd edək ki, Meksika parlamentində fiziki qarşıdurmalar nadir hallarda baş verir, lakin 2006-cı ildə də prezident seçkilərinin nəticələri ilə bağlı oxşar insident yaşanmışdı.

AzPost.az

Post navigation

Previous: “Sakit Göl”də hovuzların vəziyyəti bərbad durumdadır
Next: Rusiya ATƏT-in Minsk qrupunun buraxılmasını dəstəkləyir

Oxşar xəbərlər

ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
aramko
  • Dünya

Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi

User 08 Noyabr 2026 - 13:14
ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.