ABŞ-ın Azərbaycandakı səfirliyi mexanik axtarır –Maaş ayda 3000 dollar

ABŞ-nin Bakıdakı Səfirliyi yeni vakansiya elan edib.
AzPost bildirir ki, səfirlik təhlükəsizlik sistemləri üzrə mexanik vəzzifəsinə işçi axtarır.
Məlumatda şərtlər açıqlanıb.
İşçinin vəzifələrinə təhlükəsizlik sistemlərinin quraşdırılması, yoxlanılması, texniki xidməti və fövqəladə təmirini həyata keçirmək daxildir.
Tələblər belədir: Orta məktəb və texniki təhsil (texnik/elektrikçi/mexanik).
Ən azı 3 il praktiki təcrübə tələb olunur: (elektrik/mexaniki/CCTV quraşdırma və təmir sahəsində)
Mexanik ingilis, Azərbaycan və rus dillərini yaxşı bilməlidir.
Həmçinin sürücülük vəsiqəsi və səfərlərə hazır olmalıdır.
Maaş illik 37 min dollardır.
Maraqlanan və tələblərə cavab verən namizədləri dərhal müraciət etməyə dəvət olunur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.